Doğrudanmı, bu ölkədə farslar əksəriyyət təşkil edir?
İran İslam Respublikasının rəsmi şəxsləri, məmurları milli məsələlərdən söhbət açanda ölkənin etnik tərkibində farslarn əksəriyyət təşkil etdiyini bildirirlər. Bu ölkənin tarixində farsların heç bir vaxt çoxluq təşkil etmədiyini bildiyimiz üçün rəsmi statistikaya müraciət etmək ehtiyacı duyduq.
Əvvəla, bildirək ki, İranda rəsmi statistikanın ictimailəşməsi qadagandır. Hansı tarixi mərhələdə “farsların İranda əksəriyyət” təşkil etdiyinə aydınlıq gətirmək, ümumiyyətlə, İranın etnik tərkibi haqqında mötəbər məlumat əldə etmək üçün bu barədə yazılmış elmi, siyasi və kulturoloji yazılara da nəzər saldıq. Məlum oldu ki, son 40 ildə İranda həyata keçirilən məqsədli etno-mədəni proseslər və onun törətdiyi fəsadlar nəticəsində dəqiq mənzərəni müəyyən etmək çətindir. İstinad ediləcək mötəbər mənbələr mövcud olmasa da, bir fakt aydındır: İranda farslar çoxluq təşkil etmir.
1979-cu il inqilabından əvvəl də ölkədə normal statistika xidməti olmayıb və Pəhləvilər rejimi etno-mədəni proseslərin manipulyasiyası ilə məşgul olub. Müasir qloballaşma dövrünün kommunikativ vasitələri isə bir çox məlumatları aşkara çıxarır. Mobil telefon abonentlərinin sayı, plastik bank kartları, reqionlarda olan fərqli maliyyə dövriyyəsi, müxtəlif sosial layihələrin həcmi demoqrafik mənzərə haqqında ümumi məlumat əldə etməyə imkan yaradır.
İran cografiyası hazırda 31 ostanla idarə edilir. Qacarlar zamanı “məşrutə hərəkatı”nın qələbəsi olaraq ölkənin siyasi xəritəsi 5 bölgəyə ayrılıb və onun siyasi mənzərəsi müəyyənləşdirilib. Pəhləvilər zamanı siyasi xəritə hissə-hissə dagıdılıb və iqtisadi məqsədlərə əsaslanan əyalətlər yaradılıb. Bu siyasi məqsədlərlə edilsə də, iqtisadi səbəblər göstərilib və proses bu gün də davam edir. Ostanlarda yaşayan əhalinin 60 faizi şimal, 40 faizi mərkəz və cənub reqionlarında məskunlaşıb.
Açıq olan mənbələrin 2016-cı il məlumatları ölkədə 70,76 milyon əhalinin oldugu haqqında məlumat verir. İranın tarixi inkişafında rolu olan mərkəzi ostanlar, mədəniyyət və iqtisadi mərkəz hesab edilən ərazilər bir sıra hallarda yenicə qurulmuş ostanın statistikasından geri qalır. Bu barədə məlumat təəccübləndirici səviyyədə saxtalaşdırılıb.
31 ostan üzrə məlum statistikaya baxaq: Şərqi Azərbaycan – 4 milyon; Qərbi Azərbaycan – 3 milyon; İsfahan – 4,5 milyon; Ərdəbil – 1,5 milyon; Əlborz – 3 milyon; İlam – 0,6 milyon; Buşəhr – 12 milyon; Tehran – 8,5 milyon; Çaharmahal və Bəxtiyari – 1,2 milyon; Cənubi Xorasan – 0,76 milyon; Xorasan Rəzəvi – 6,5 milyon; Şimali Xorasan – 1 milyon; Xuzistan – 4,5 milyon; Zəncan – 1 milyon; Semnan, 0,7 milyon; Sistan və Bəlucistan – 2,5 milyon; Fars – 4,5 milyon; Qəzvin – 1,5 milyon; Qum –1,2 milyon; Kürdüstan – 1,7 milyon, Kerman – 0,5 milyon; Kermanşah – 2 milyon; Kohgiluye və Buyer Əhməd – 600 min; Gülüstan – 2 milyon; Gilan – 2,5 milyon; Lurestan – 1,7 milyon; Mazandaran – 3 milyon; Hormozqan – 1,4 milyon; Həmədan – 1,8 milyon; Yəzd – 0,5 milyon; Mərkəzi – 1,4 milyon nəfər.
Əhalinin monoetnik tərkibinə görə yalnız azərbaycanlılar, farslar, kürdlər, lorlar və digər xalqlar yaşayan ostanları müəyyənləşdirək. Bu kateqoriyada ən geniş cografiyada yayılanlar, eyni zamanda daha çox ostanda kompakt və monoetnik şəkildə yaşayan qrup azərbaycanlılardır. Etnik tərkibə görə ostanları təsnif etməyə çalışaq:
– yalnız türklər-azərbaycanlılar yaşayan ostanlar;
– 50 faizdən artıq əhalisi türk–azərbaycanlı olan ostanlar.
– 20 faizdən çox əhalisi türk–azərbaycanlı olan ostanlar;
– 20 faizə qədər əhalisi türk–azərbaycanlı olanlar.
Birinci qrupu Şərqi Azərbaycan ostanı 4 milyon əhali, Qərbi Azərbaycan ostanı 3 milyon əhali, Ərdəbil ostanı 1,5 milyon əhali, Zəncan ostanı 1 milyon əhalisi ilə əhatə edir (2011-ci il məlumatına əsasən). İranın etibar edilməyəcək statistikasına əsasən, 2006-cı ildə həyata keçirilən əhalinin ümumi siyahıya alınması əsasında bu ostanlarda 9,5 milyon əhalinin oldugunu elan edir (ölkə üzrə əhalinin 81 milyon olması müqabilində). Müxtəlif mənbələrdə 2006, 2011, 2016-cı illər məlumatları məntiqi nəticələr əldə etmək üçün maneə yaradır. Odur ki, bu məlumatlarla və illik büdcə bölgüsünü sinxronlaşdıraraq optimal mənzərəni üzə çıxarmaga çalışaq.
Verilən məlumatları reqionlara görə topladıgımız halda bütün ostanlar üzrə 70 milyon əhali müəyyənləşir. Deməli, ümumi göstəricilər 25 faiz azaldılıb. Buna əsaslanaraq ortaya çıxardıgımız rəqəmləri 25 faiz artıra bilərik. Bir çox rəqəmlər, ümumiyyətlə, gülünc bir mənzərə ortaya çıxarır. Məsələn: Bəsrə körfəzinin sahilində yerləşən Buşəhr ostanının əhalisi ərəblər oldugu halda, 2006-cı il siyahıyaalması 900 min nəfərin “90 faiz”inin fars oldugunu göstərir. Cənubi Xorasan ostanının 760 min (2016-cı il) əhalisinin “90 faiz”inin fars oldugunu yazsalar da, az-çox İranı tanıyanlar bilir ki, o cografiya tarixi əfqan və bəluc torpaqlarıdır.
Eyni mənzərəni mərkəzi Bəndər Abbas şəhəri olan Hürmüzqan ostanının əhalisi haqqında da görürük. 1 milyon 400 min nəfər əhalinin 90 faizi fars olaraq göstərilir. Bu statistikalarda son 30 ildə İranda yaşayan 4 milyondan artıq əfqan yer almır. Fars ostanında 4,5 milyon, Xuzistanda 4,5 milyon, Xorasan Rəzəvidə 6,5 milyon, İsfahanda 4,5 milyon əhali göstərilməklə, 81 milyonluq ölkə əhalisinin 20 milyonunu burada “yerləşdirirlər”.
Lakin bu 20 milyon əhalinin düzgün dislokasiyası, etnik tərkibi haqqında dogru-düzgün məlumat əldə etmək mümkün deyil. Bu əhalinin sosial ehtiyacları, kommunikasiya və qidalanması kimi məsələlərin öyrənilməsi göstərir ki, həmin rəqəmlər siyasi mənzərənin yaradılması məqsədi daşıyır.
İkinci qrupa daxil olan ostanlar: Tehran – 8,5 milyon, Həmədan – 1,8 milyon, Əlborz – 3 milyon, Qəzvin – 1,5 milyon, Gülüstan ostanı – 2 milyon (əhalisinin 60 faizini türkmənlər, Xorasan türkləri və azərbaycanlılar təşkil edirlər), Şimalı Xorasan – 1 milyon (rəsmi məlumata görə, əhalisinin 60 – 80 faizi türklərdır). Rəsmi məlumata görə, Qum ostanının 1 milyon 152 min nəfər (2011) əhalisinin 50 faizi fars, 30 faizi azərbaycanlı və digərləridir. Mərkəzi ostanda 70 faiz fars, 21 faiz azərbaycanlı və digərləri yaşayır. Bu rəqəmlərdəki 25 faiz fərqini nəzərə almaqla müəyyən olunur ki, əslində, türklər 40 faizdən artıq olmalıdır.
Bu qrupa daxil edilən ostanların etnik tərkibi haqqında geniş izahat verməyə ehtiyac var. Məsələn, qeyd olunan siyahıyaalmada (2006-cı il) 8,5 milyon əhalisi olan Tehranın 25 faiz əhalisinin azərbaycanlı oldugu rəsmi etiraf edilir. Lakin türkmənlər, qaşqaylar, hətta Tehranın yerli əhalisi olan dəmavəndlilər və şəhriyarlılar (yerli türklər) bura daxil edilmir. Ədalət xatirinə qeyd edilməlidir ki, Tehranda yaşayan çox böyük sayda kürdlər heç statistikaya daxil edilməyib.
“Azadi” meydanında (Tehranın atovağzalı bu ərazidə yerləşir) qoca atasını qarşılayan bir kürd mühəndis oglunun qulagına pıçıltı ilə deyir: “Atamı apar evə, qoy, paltarını dəyişdirsin, sonra adam içinə çıxın (atası Kürdüstandan milli paltarı ilə gəldiyindən oglu utanc duyur).
Əlbəttə ki, Tehran əhalisinin marginallaşdırıldıgını bilirik. Ölkənin paytaxtı olaraq Qacarlar zamanından bu şəhər “ərbablar” və “nökərlər” şəhəri sayılır. Hətta, nökər olmaq üçün də fars dilini ləhcəsiz bilməli və danışmalısan. Tehranda çox sayda ailələr qurulub ki, türk və kürd ailələri özlərini fars olaraq təqdim edib, hətta qohum və yaxınları ilə görüşəndə belə ana dilində danışmayıb ki, “səviyyəsi” aşagı düşər. Belə tehranlıların övladları indi bir azərbaycanlı ilə rastlaşanda nostalji ilə “pedəre bozorge mən həm tork bude...” (mənim də babam türk olub) deyir.
Bu cografiyanın etno-psixolojı mənzərəsini daha da geniş təhlil etməyə ehtiyac var. Bu zaman İranın rəsmi siyasətinin nə qədər yanlış və düşünülməmiş oldugunu üzə çıxarmaq mümkündür. Ölkənin passionarlıgının pozulması yalnız marqinallaşdırılmış islam ilə özünü göstərmir. Bir çox digər səbəblər də mövcuddur.
(ardı var)
Kazimi PƏRVİZ,
tarix üzrə fəlsəfə doktoru, dosent