Murad Avezov: “Birlikdəyik”

post-img

Müasir qazax ədəbiyyatının tanınmış simalarından olan Murat Avezovun 80 illik yubileyi münasibətilə TÜRKSOY və Qazaxıstan Türkiyədəki səfirliyinin birgə əməkdaşlığı ilə Ankarada Murad Avezovun və “Birlikdəyik” kitabının təqdimatı keçirilib. 

Tədbirdə Qazaxıstan Respublika­sının Ankaradakı səfiri Yerkebulan Sa­piyev, Murad Avezovun qızı Alua Ave­zova, Murat Avezov adına Mədəniyyət Mərkəzinin direktoru Diyar Konayev, Ankara Hacı Bayram Vəli Universiteti­nin müəllimi professor Hülya Kasapoğlu Çengel və digər ziyalılar çıxış ediblər.

TÜRKSOY-un baş katibi Sultan Raev Murad Avezovun qazax və qır­ğız xalqının ortaq yazarı olduğunu və hər iki ölkədə çox sevildiyini bildirib. Avezov son dərəcə istedadlı tərcümə­çi kimi tanınır. Belə ki, türk dünyasının ortaq dəyəri sayılan görkəmli yazıçı Çingiz Aytmatovu dünya oxucusuna yaxından tanıdılmasında yazıçının ək­sər əsərlərinin tərcüməçisi Murat Ave­zovun böyük rolu olmuşdur. 

Tədbirdə Murat Avezovun TÜRK­SOY-un dəstəyilə türk dilinə tərcümə olunmuş “Birlikdəyik” kitabının təqdi­matı olub. 

Çıxış edənlərin hər biri böyük məmnunluq hissilə xəstəliyi ilə əlaqə­dar tədbirə qatıla bilməyən Murat Ave­zovun mənalı həyatı və zəngin yaradı­cılığı barədə səmimi ürək sözlərini dilə gətiriblər.

XQ

Sosial həyat