Ərdoğan: Azərbaycan antiterror tədbirləri “quldur qruplaşmaları”na qarşı idi

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirləri müstəsna olaraq “bandit qruplaşmaları”na qarşı yönəlib. Bu barədə o, BMT BA-nın 78-ci sessiyasının yekunları haqqında danışarkən deyib. 

XQ “Anadolu”ya istinadən xəbər verir ki, Ərdoğan Azərbaycanın antiterror tədbirlərinin 24 saatdan da az müddətdə uğurla başa çatdığınıə bildirib.

Onun sözlərinə görə, tədbirlər Ermənistan və Nikol Paşinyanla bağlı olmayıb. Qarabağ separatçılarının qondarma “prezident seçkiləri” keçirməsi Azərbaycanda və Paşinyanda ciddi narahatlıq doğurub. Eyni zamanda, Azərbaycanın çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, separatçılar təxribatlarını dayandırmayıblar. 

“Buna cavab olaraq, Azərbaycan lazımi tədbirləri görməli oldu. Əməliyyat qısa müddətdə başa çatdı. 90-a qədər vacib mövqe vuruldu ki, bu da son oldu”, - deyə Ərdoğan qeyd edib.

Paşa ƏMİRCANOV
XQ

Siyasət