Nuru Paşa

post-img

“Nuru Paşa”

(poemadan parça)

Türkün döyüş bayrağında 

doğan Aya,

Hilala bax!

“Bakı! Bakı!” deyənlərin

gözlərində

Suala bax !

Bu yürüşə, bu hücuma,

Bu şanlı 

cah-cəlala bax.

İgidlərin sırasında 

“Hücum!” deyən 

İgid gəlir.

Azərbaycan! Səndən ötrü

Gör neçə min

Şəhid gəlir!

Türkdən doğulan türk gəlir:

Kərbəladan Kərkük gəlir.

İzmirdən, Sivaşdan gəlir

Bakı döyük meydanıdı,

Hələbdən –

savaşdan gəlir.

-Mehmet!

-Mehmet!

Çağırırlar bir-birini.

Yerlər-göylər hifz eləsin

mehmetlərin 

hər birini.

-Annəm! Annəm! – deyib gəlir. 

Annəsini Türkiyədə 

qoyub gəlir – 

Azərbaycan anasının köməyinə.

Sənə qurban, Paşam mənim,

Sənin o türk

ürəyinə!

 

Nəriman HƏSƏNZADƏ,
Xalq şairi



Sosial həyat