Sahibə Qafarova Budapeştdə Xocalı soyqırımından danışdı

post-img

Milli Məclisin Sədri Sahibə Qafarova sentyabrın 14-də Macarıstan Prezidenti Katalin Novak ilə görüşüb. 

Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirən K. Novak, qarşılıqlı səfərlərin bu əlaqələ­rin daha da inkişafına təkan verdiyini diqqətə çatdırıb. O, ölkələrimizin müxtə­lif istiqamətlərdə uğurlu əməkdaşlığını qeyd edib. 

Parlamentin Sədri Sahibə Qafaro­va Prezident İlham Əliyevin salamlarını Macarıstan Prezidentinə çatdırıb. Be­şinci Budapeşt Demoqrafik Sammitinin çox mühüm beynəlxalq forum olduğunu bildirən S. Qafarova əlavə edib ki, Azər­baycan Macarıstanın cəmiyyətin əsas vahidi kimi ailələri qorumaq və dəstək­ləmək səylərini yüksək qiymətləndirir. 

Görüşdə, həmçinin ölkələrimiz ara­sında əməkdaşlıq gündəliyinin kifayət qədər zəngin olduğu ifadə olunub. 

***

Sahibə Qafarova beynəlxalq sammit­də 

Milli Məclisin Sədri Sahibə Qafarova Macarıstanda keçirilən 5-ci Budapeşt Demoqrafik Sammitində iştirak edib. 

S. Qafarova çıxışında Ermənistanın Azərbaycanın ərazisində törətdiyi vəhşi­liklərdən söhbət açıb və 12 mindən çox insanın bu işğalın qurbanı olduğunu bildi­rib. Onun sözlərinə görə, Ermənistanın 1992-ci ilin fevralında Xocalıda törətdiyi soyqırımı nəticəsində bütöv ailələr məhv edilib, şəhər yer üzündən silinib. Ermə­nistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyon azərbay­canlı – 230 mindən çox ailə məcburi köç­kün vəziyyətinə düşüb. 

Azərbaycanın 2020-ci ildə ərazi bü­tövlüyünü bərpa etdiyini xatırladan Milli Məclisin Sədri bu kontekstdə tərəfdaş­larımıza və dostlarımıza beynəlxalq hüquqa əsaslanan dəstəklərinə görə təşəkkürünü ifadə edib. 

Parlamentinin rəhbəri diqqətə çat­dırıb ki, Prezident İlham Əliyevin güclü siyasi iradəsi, rəhbərliyi və xalqımızın qətiyyəti ilə işğaldan azad edilmiş əra­zilərdə genişmiqyaslı yenidənqurma və abadlıq işləri aparılır. Keçmiş məcburi köçkün ailələri artıq öz evlərinə qayıt­mağa başlayıblar. Yaxın 3 il ərzində 30 mindən çox ailə bu torpaqlara qayıdacaq. Sosial qayğı "Böyük Qayıdış Proqramı"­nın əsas elementidir. S. Qafarova bu məsələnin Heydər Əliyev Fondunun və onun rəhbərliyinin gündəmində çox mü­hüm yer tutduğunu qeyd edib.

Ə.BƏDƏLOV
XQ

Son xəbərlər