Almaniya da Qarabağda qanunsuz seçkiləri tanımır

post-img

Almaniyanın Federal Hökuməti Qarabağın “müstəqilliyini” və orada bu yaxınlarda keçirilmiş “seçkiləri” tanımır.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq AFR Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Xarici İşlər Nazirliyindən qeyd ediblər ki, Almaniya Avropa İttifaqındakı tərəfdaş­ları ilə birlikdə Ermənistan ilə Azərbaycan arasında münaqişənin beynəlxalq səviy­yədə tanınmış sərhədləri çərçivəsində hər iki dövlətin ərazi bütövlüyü əsasında uzunmüddətli tənzimlənməsinə nail ol­ması üzrə səyləri dəstəkləyir”.

XQ

Son xəbərlər