Hikmət Hacıyev: Ermənistanda vəziyyətin dəyişməsini istəməyən güclü qüvvələr var

post-img

Ermənistanın daxilində vəziyyətin dəyişməsini istəməyən güclü qüvvələr var. 

Bu fikirlər Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiya­sının Xarici siyasət məsələləri şöbəsi­nin müdiri Hikmət Hacıyevin “Politico” nəşrində dərc edilmiş “Qafqazda sülhün bərqərar edilməsi üçün hər iki tərəfə diqqət yetirin” sərlövhəli məqaləsində yer alıb. 

Məqalədə diqqətə çatdırılıb ki, Azər­baycan hökuməti Qarabağda yaşayan ermənilərə Laçından daha yaxın və sürətli yollarla qida və dərman tədarü­künü dəfələrlə təklif edib. Azərbaycanın təklif etdiyi bu yollar Avropa İttifaqı, ABŞ və Beynəlxalq Qırmızı Xaç Komitəsi tərə­findən məqbul hesab olunub. Bu yaxın­larda ABŞ Dövlət katibi Entoni Blinken də hər iki yolun dərhal və eyni vaxtda açıl­masına çağırış edib. Ancaq beynəlxalq mediada yayılan xəbərlərin tam fərqli ol­duğu vurğulanıb.

Diqqətə çatdırılıb ki, beynəlxalq icti­maiyyət və media üçün yalnız Ermənista­nın qonşu Azərbaycanda yaşayan etnik ermənilərə tək və monoetnik yolla təda­rük göndərməli olduğu ideyası nədənsə məqbul görünür: “Bizə deyirlər, bu ona görədir ki, bu münaqişə digərlərindən fərqlidir, bizim tariximizə görə ermənilər eyni ölkədə azərbaycanlılarla yanaşı yaşaya bilmirlər. Lakin həm bizim keçmi­şimiz, həm də bu günümüz bizə bunun doğru olmadığını öyrədir. 1990-cı illərin müharibəsindən əvvəl azərbaycanlılar və ermənilər Qarabağda birlikdə, dinc şəkildə yanaşı yaşayıblar. Bu gün Azər­baycanda 30 minlik güclü yəhudi icması yaşayır. Yevangelist xristian icması böyü­yür. Gürcülər, ruslar, ukraynalılar bugün­kü çoxmillətli və çoxdinli ölkəni forma­laşdırır. Bu, Qarabağdakı ermənilərə də şamil olunmalıdır. Lakin Ermənistanda güclü qüvvələr var ki, vəziyyətin dəyiş­məsini və ya bu hekayənin tam danışıl­masını istəmirlər”.

Siyasət