Fikrət Məmmədov Naxçıvanda

post-img

Dünən Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Naxçıvan Muxtar Respublikasında olub.

Bu barədə Ədliyyə Nazirliyinin mətbu­at xidmətindən məlumat verilib. Bildirilib ki, Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüş keçirilərək Naxçı­vanda ədliyyə və məhkəmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı faydalı fikir mübadiləsi aparılıb.

Sonra Ədliyyə Nazirliyində keçirilən qəbulda Naxçıvan, Babək, Culfa, Kən­gərli, Ordubad, Sədərək, Şahbuz və Şə­rur rayonlarından olan vətəndaşların mü­raciətləri dinlənilib, qaldırılan məsələlərə dair aidiyyəti tapşırıqlar verilib. Bu zaman Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılıb.

Səfər zamanı Fikrət Məmmədov na­zirliyin iş şəraiti ilə tanış olub, ədliyyə işçiləri ilə görüşüb. Nazir bu il 100 illiyini qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin mənalı ömründən və zəngin dövlətçilik irsindən bəhs edib. 

Bildirib ki, Ümummilli liderin əbə­di həyat verdiyi müstəqil Azərbaycan dövləti bu gün Ulu öndərin siyasi varisi, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə özünün ən qüdrətli dövrünü yaşayır. Vətən mühari­bəsində doğma torpaqlarımız işğaldan azad edilərək sürətlə bərpa olunur, bu istiqamətdə Birinci vitse-prezident Meh­riban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən mühüm layihələr həyata keçirilir.

Müşavirədə, həmçinin aparılan isla­hatlarından danışılıb, muxtar respubli­kanın Ədliyyə Nazirliyinin strukturunun yeni çağırışlara uyğun təkmilləşdirilməsi, ədliyyə orqanlarının, o cümlədən, məh­kəmə ekspertizası fəaliyyətinin müasir­ləşdirilməsi və digər məsələlər müzakirə olunub, tapşırıqlar verilib.

XQ

Son xəbərlər