Vətən müharibəsində şəhid olan soydaşlarımızdan biri də Bakının Zabrat qәsәbәsindәn cəbhəyə yollanmış Saleh Namiq oğlu Əliyevdir. Cəmi 28 il yaşadı, heç özünə təxəllüs də seçməmişdi. Amma tale ona təxəllüs olaraq müqəddəs Şəhid adını bəxş etdi.
Əslәn Füzuli rayonundan olan Saleh 1998-ci ildә Zabrat qәsәbәsindә 71 saylı tam orta mәktәbdә 1-ci sinfә gedib. Məktəbi bitirdikdən sonra Bakı İdarəetməvəTexnologiya kollecinә qәbul olunub. Orta ixtisas təhsili aldıqdan sonra isəbir müddət istehsalatda çalışıb. 2014–2016-cı illәrdә Milli Ordu sıralarında hәqiqi hәrbi xidmәtdә olan Saleh vətənpərvərlik mövzusunda şeirlər yazaraq dostları üçün oxuyub. Əsas mövzularından biri dəVətənin ərazi bütövlüyü, əzəli torpaqlarımızın düşmən tapdağından azad edilməsi olub. Əsgərlikdən sonra Salehin poetik duyğu vədüşüncələri həm dəsaf məhəbbətə, sədaqətəköklənib.
O, ürək edib şeirlərini redaksiyalara göndərməsədə, dostları arasında şair kimi tanınıb. Arabir məclislərdəonların xahişi iləbəzi poetik nümunələrini səsləndirib. Bəlkədəhaçansa ilk şeirlər kitabının çap olunmasını arzu edirdi. Amma...
2020-ci ilin iyul ayında Saleh Əliyev Azәrbaycan Ordusunun generalı Polad Hәşimovun şәhadәtindәn sonra, ailәsindәn xәbәrsiz, dostları ilә birlikdә ön xәtdә döyüşmәk üçün könüllü olaraq qeydiyyatdan keçib. Sentyabrın 21-dә tәlimә çağrılıb vəbir həftəsonra – düşmənəqarşı “Zəfər Yürüşü” adlanan əks-hücum əməliyyatları başlananda cәbhәyә gedib.
Qanlı-qadalı oktyabr ayının 15-dә günorta Saleh imkan taparaq anasına zәng edib: “Hәr şey yaxşıdır, inşaallah, qәlәbә bizimdir! Özünüzdәn muğayat olun. Axşam vaxtım olsa, yenəzәng edәrәm”, – deyib. Təəssüf ki, elә hәmin gün axşam saatlarında Füzuli istiqamәtindә döyüşlər qızışıb vəböyük şücaәt göstәrәn Saleh şәhidlik zirvəsinəucalıb.
Şәhadәtindәn sonra “Vәtәn uğrunda”, “Xocavәndin azad olunmasına görә” medalları ilә tәltif olunub. Onun dәftәrçәsindәn səngərdəyazdığı şeirlәri tapılıb. Bəzisi barıt qoxulu, bəzisi ana nisgilli, bəzisi dəyar həsrətli şeirlər...
Saleh Əliyevin bir şeirini təqdim edirik:
POST ƏSGƏRİ
Anacan, darıxma sәn oğlun qәdәr,
O, postda dayanıb, yurdu qoruyur –
әlindә avtomat sәhәrә qәdәr.
Dualar elә ki, oğlun qayıtsın.
O, postda durub ki,
El rahat yatsın…
Ana gözlәri yolda, tәk oturub otaqda,
Oğlu isә sәngәrdә, düşmәnlә üz-üzәdir...
Oğul narahatdır ki, yaralansa, ya ölsə,
Xәbәr qanad açıb anaya çatar...
Ana narahatdır ki, oğlu soyuq gecәdә
Daş, torpaq üstә yatar...
Gözlərindən qaçaq düşər yuxular,
Səhərəcən ürəyindəqorxular...
Belә açılar sәhәr, belә keçәr gecәlәr,
Ana oğlunu gözlәr,
Oğul ananı özlər...
Saleh ƏLİYEV

