Dünən görkəmli bəstəkar Arif Məlikovun anadan olmasının 90-cı ildönümü tamam olub. Bu münasibətlə tanınmış mədəniyyət və incəsənət xadimləri, Mədəniyyət Nazirliyinin məsul əməkdaşları, sənətkarın ailə üzvləri və digər qonaqlar Birinci Fəxri xiyabanda sənətkarın məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.
Anım mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Arif Məlikovun bənzərsiz yaradıcılığı ilə adını əbədi olaraq musiqi mədəniyyəti tariximizə yazdırdığını vurğulayıblar.
XQ

