Bədəni təmizləyən 3 qida

post-img

Dietoloq Mariya Kapralova bildirib ki, nikotin neyrotoksiki zəhərdir, neyron və sinir hüceyrələrinin ölümünə səbəb olur. Ondan asılılıq narkotik kimidir. 

Ürəkbulanma, qusma, qarında ağrı, tərləmə, qıcolmalar, baş ağ­rıları, huşun dumanlanması, əsəbilik, iştahın artması nikotinlə zəhər­lənmənin əlamətləridir. 

Həkim alkoqol, dərman, nikotinlə ən yaxşı mübarizə vasitələrini açıqlayıb. Deyib ki, nar, limon, zəncəfil və brokkoli qanın keyfiyyətini yaxşılaşdırır və ümumilikdə, qan dövranını tənzimləyir. Alkoqol, siqa­ret qəbul edənlər, qaraciyəri dərmanla yüklənənlər orqanizmə dəstək üçün bu qidaları qəbul etməlidir. 

Nar qanda eritrositlərin miqdarını artırır.

Limon B, C vitamini ilə zəngindir.

Zəncəfil siqaretə istəyi azaldır.

Bütün kələm növləri bədəni təmizləyir, brokkoli isə maddələr mübadiləsini tənzimləyir.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat