Bakıda Azərbaycan və İordaniya milli komandaları arasında beynəlxalq yoldaşlıq oyunu yığmamızın qələbəsi ilə yekunlaşıb.
Belə ki, hesabı birinci hissədə millimiz açıb. Emin Mahmudov 45+1-ci dəqiqədə penaltidən fərqlənib. Rəqibin heyətində Nizar Əl Raşdan 57-ci dəqiqədə tarazlığı bərpa edib - 1:1. 79-cu dəqiqədə isə Renat Dadaşovun vurduğu qol ilə Azərbaycan yığması yenidən hesabda önə keçib - 2:1. Matçın qalan hissəsində qol vurulmadığından görüş yığmamızın xeyrinə 2:1 hesabla başa çatıb.
“Dalğa Arena”da təşkil olunan matçı türkiyəli FIFA referisi Arda Kardeşlerin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
Leyla SABİRQIZI
XQ