Leysan yağacaq, şimşək çaxacaq...

post-img

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın 13-də Bakıda və Abşe­ron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli ola­cağı, şimşək çaxacağı ehtimalı var. Gündüz yağıntı­da qısa müddətə fasilə olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 faiz olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı göz­lənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 16-21° isti, dağlarda gecə 1-6° isti, gündüz 6-11° isti olacaq.

XQ

Ekologiya