Göyçayda və İsmayıllıda həyat axarına düşüb

post-img

Xəbər verildiyi kimi, avqustun 26-da yağan leysan yağışlar nəticəsində Göyçay rayonunun Qarayazı, Qaraməryəm, Yekəxana, Aşağı Qaraməryəm və Qarabaqqal kəndlərinin ərazisini sel basıb və yol, elektrik, təbii qaz, rabitə, içməli su xətlərinə, şəxsi təsərrüfatlara, avtomobillərə, ərazidəki obyektlərə ciddi ziyan dəyib. Selin nəticələri əsasən aradan qaldırılıb və hazırda dəyən ziyanın həcmi dəqiqləşdirilir.

Rayon Fövqəladə Hallar Komis­siyasından aldığımız məlumata görə, respublika əhəmiyyətli Bakı–Şamaxı–Yevlax magistralının 194–205-ci ki­lometrliyində, rayonun Qaraməryəm kəndinin ərazisindən keçən hissəsində subasma nəticəsində yolun bir hissəsi yararsız vəziyyətə düşmüş və nəqliyya­tın hərəkəti müvəqqəti olaraq məhdud­laşdırılmışdı. Həmçinin Aşağı Qaramər­yəm kəndi ərazisində 3 avtomobil və 2 piyada körpüsü uçmuşdu. 

Elə ertəsi gün sözügedən yolda hərəkət qismən, dünən isə tam bərpa edilib. Eyni zamanda, rayonun Qara­baqqal kəndi ərazisində yerləşən məişət tullantıları poliqonunu su basması nəti­cəsində oradakı tullantılar əraziyə yayı­lıb. 

Həmçinin Aşağı Qaraməryəm kən­dində uçmuş körpülərin bərpa edilməsi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən layihələndir­mə işləri aparılır. Rayonun 5 kəndinə (Qarayazı, Qaraməryəm, Yekəxana, Aşağı Qaraməryəm və Qarabaqqal) elektrik enerjisinin verilişi tam bərpa edi­lib, təbii qazla təminat və içməli suyun verilməsi ilə bağlı təmir-bərpa işləri da­vam etdirilir.

Öyrəndiyimizə görə, rayonun 5 ya­şayış məntəqəsində 65 fərdi evə, 1 fərdi evin çöl barı hissəsinə, 1 sahibkarlıq ob­yektinə, 1 tövləyə, 8 avtomobilə, 6 fiziki şəxsə məxsus kənd təsərrüfatı təyinat­lı torpaq sahəsinə, 1 nəfər vətəndaşa məxsus 1 ton buğda, 5,5 ton həcmində arpa və 10 ədəd arı yeşiyinə sel suları ziyan vurub, 500 ədəd ev quşu tələf olub. 

Aşagı Qaraməryəm kəndində 8 ədəd 0,4 kV-luq dayaq, 1600 metr elektrik naqili, Qaraməryəm kəndində isə 150 metr elektrik naqili yararsız hala düş­müş, elektrik enerjisi kəsilmişdi ki, ope­rativ tədbirlər sayəsində ziyan aradan qaldırılıb. 

Qeyd edək ki, Aşağı Qaraməryəmdə­ki yerüstü qaz xətlərinin 50 paqonometr, Qarayazı kəndindəki daşıyıcı qaz xətti­nin isə 80 paqonometr hissəsi istismara yararsız hala düşüb. Təbii fəlakətin ya­ratdığı qəza nəticəsində müvəqqəti ola­raq rayonun İnçə (1100 abonent), Aşağı Qaraməryəm (221 abonent), Dövranlı (76 abonent), Alxasava (192 abonent), Alpout (507 abonent), Qarayazı (416 abonent) kəndlərində “mavi yanacaq”la təminat dayanmışdır. 

Rabitə xidmətinə gəlincə isə, Qa­raməryəm kəndində 4 dirək və 300 metr kabel, Aşağı Qaraməryəm kəndində 15 dirək, 750 metr kabel yararsız vəziyyətə düşüb, Alpout, İnçə, Alxasava kəndləri­nin rabitə və internet xidmətlərində fasilə yaranıb. İçməli su xətlərinə də müəyyən qədər ziyan dəyib. 

Qarayazı beton kanalının 5 kilometr­lik hissəsi, Aşağı Qaraməryəm kəndində isə 4 kilometr təsərrüfatdaxili suvarma şəbəkəsi lillə dolub, həmçinin Aşağı Qa­raməryəmdə yerləşən suvarma arxının su götürən hissəsi sel suları nəticəsin­də yuyulub. Ziyanın nəticələrinin bütün­lükdə aradan qaldırılması üzrə tədbirlər davam edir. 

Leysan yağışlar və sel İsmayıllı ra­yonunda da müəyyən fəsadlar törədib. Rayon Fövqəladə Hallar Komissiyasının verdiyi məlumata görə, Mollaisaqlı kən­dinə yağan güclü yağış nəticəsində qaz xəttinə ziyan dəyib və bununla əlaqədar olaraq kəndə qazın verilişi müvəqqəti olaraq dayandırılıb. Həmçinin leysan ya­ğışı nəticəsində 5 tövlə, 1 taxıl anbarı və 2 avtomobil yararsız hala düşüb, 3 evin həyətini və həmin evlərin bir hissəsini su basıb. Bundan başqa, şəxsi təsərrüfat­lar da ziyan çəkib. Belə ki, 10 xırda, 5 iri heyvan tələf olub. Görülən tədbirlər nə­ticəsində həyətləri basmış su nasoslarla kənara vurulub və hazırda kəndin təbii qaz təchizatının bərpası üzrə tədbirlər görülür. 

 

İ.MUSAOĞLU, 
“Xalq qəzeti”



Sosial həyat