Yeni sakinlərə məşğulluq dəstəyi

post-img

Böyük Qayıdış proqramı üzrə Laçın rayonuna köçürülən sakinlərin özünüməşğulluğuna da dəstək işləri aparılır.

Dövlət Məşğulluq Agentliyinin nü­mayəndələrinin Laçına köçürülən ailələrlə görüşləri zamanı onların özü­nüməşğulluq proqramında iştirak im­kanları da qiymətləndirilir. Sakinlərdən 35 nəfər ilkin mərhələdə özünüməş­ğulluq proqramına cəlb edilmək üçün qeydiyyata alınıb. Həmin şəxslər üçün əvvəlcə biznes təlimləri təşkil ediləcək, iştirakçılara sahibkarlıq fəaliyyəti və müvafiq dəstək mexanizmləri barədə məlumatlar veriləcək.

Təlimlərdən sonra proqram iştirak­çıları kənd təsərrüfatı, istehsal, xidmət sahələri üzrə kiçik bizneslərini qurma­ları üçün aktivlərlə təmin olunacaqlar.

“Xalq qəzeti”

Sosial həyat