DOST mərkəzindən Laçına nəğmə töhfəsi

post-img

“Ay Laçın” xalq mahnısı bu dəfə Laçın şəhəri günündə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarı, I dərəcə gözdən əlilliyi olan Rəvanə Ağamirovanın ifasında səslənib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbə­sindən “XQ”yə verilən məlumata görə, öz bacarıq və istedadı ilə “Əllilik qüsur deyil” devizini bir daha təsdiqləyən Rə­vanə məlahətli səsi ilə doğma və köv­rək duyğular aşılayan bu xalq mahnısı­na yeni ruh, nəfəs bəxş edir.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan hə­min mərkəz digər həssas qruplardan olanlar kimi, I dərəcə gözdən əlilliyi olan Rəvanə Ağamirovanın da yaradıcı potensialının inkişafına və cəmiyyətə tanıdılmasına mühüm dəstək verir. 

Ötən il bu mərkəzə qəbul olunan Rəvanənin ifaçılıq qabiliyyətinin daha da inkişaf etməsi üçün göstərilən səy­lər öz bəhrəsini verir, sənətdə uğurlu addımlara imza atır.

Sosial həyat