Həssas qruplara şəfqət və qayğı örnəyi

post-img

Azərbaycanın sosial dövlət olduğunu bəyan edən Prezident İlham Əliyevin uğurlu siyasətinin başlıca istiqamətini ölkə vətəndaşlarının rifahının və məmnunluğunun təminatı təşkil edir və dövlət başçısının tapşırıqları əsasında aparılan ardıcıl sosial islahatlar bu sahədə ciddi irəliləyişlərə imkan verib. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yüksək humanizm, nəciblik, xeyirxahlıq nümunəsi olan təşəbbüs və layihələri də ölkəmizin sosial dövlət olduğunu əməli şəkildə təsdiq edən uğurların əldə edilməsində, xüsusilə əhalinin həssas qruplarının diqqət və qayğı ilə əhatə olunmasında mühüm rola malikdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏR­TAC-a verilən məlumata görə, sosial sahənin bütün istiqamət­lərində həmin təşəbbüs və la­yihələr öz uğurları ilə töhfəsini verir. DOST konsepsiyası bunun uğurlu nümunələrindən biridir. Birinci vitse-prezident Mehri­ban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əmək, məş­ğulluq, əlillik, reabilitasiya, so­sial təminat, övladlığagötürmə sahələri üzrə 15 istiqamətdə 159 növdə xidmətin innovativ yanaş­malar əsasında “bir pəncərə”­dən, vətəndaşlara daha yaxın və əlçatan şəkildə, şəffaf mühitdə, vətəndaş məmnunluğu prinsi­pinə uyğun təqdim olunmasına şərait yaradıb.

Prezidentin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə ötən dövrdə DOST Agentliyi və 7 DOST mərkəzi, həmçinin Zən­gilanın Ağalı kəndində Smart DOST məntəqəsi açılıb. Hər gün orta hesabla 3,1 min vətənda­şa sosial sahələr üzrə “bir pən­cərə”dən xidmət göstərən DOST mərkəzlərinin xidmətlərindən in­diyədək 1,7 milyon vətəndaş fay­dalanıb və həmin xidmətlərdən vətəndaş məmnunluğu 98,2 fa­izdir. DOST mərkəzləri şəbəkəsi ölkə boyu genişlənir və 2025-ci ilədək bu mərkəzlərin sayı 17-yə çatdırılacaq, habelə 55 DOST fi­lialı, SMART DOST məntəqələri də açılacaq.

DOST konsepsiyası son illər Azərbaycanın mühüm innovativ yeniliyi olmaqla mötəbər bey­nəlxalq qurumlar tərəfindən də yüksək dəyərləndirilir və həmin təşkilatlar tərəfindən 13 mükafat­la, Mükəmməllik Sertifikatları ilə təltif olunub. Həmçinin Avropa İt­tifaqı hələ iki il əvvəl, 2021-ci ildə özünün Biznes Mühiti Hesaba­tında DOST mərkəzlərini Azər­baycanın 3 təkmil islahatından biri kimi qiymətləndirib.

Heydər Əliyev Fondunun mühüm sosial əhəmiyyət kəsb edən layihələrindən biri kimi, son illərdə Abşeron rayonunda üç çoxmənzilli yaşayış binasının inşa edilərək dövlət uşaq müəs­sisələrinin valideyn himayəsin­dən məhrum məzunlarına təq­dim edilməsi ölkəmizdə hər bir vətəndaşın dövlətin qayğısı ilə əhatə olunduğunun mühüm tə­zahürüdür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin “Məzun evi” kimi fəaliyyət göstərən həmin yaşayış binalarının sakinlərinin məşğul­luğunun təminatı, digər sahələr­də də dəstəklə əhatə olunmaları üçün ardıcıl işlər aparılıb.

Eyni zamanda 2016-cı ilin Aprel döyüşlərində yaralanmış hərbçilərimiz Birinci vitse-prezi­dent, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olun­dular. Fondun layihəsi çərçivə­sində həmin əsgər və zabitlər Almaniya, İslandiya, İngiltərənin dünyada məşhur protez isteh­salçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı son nəsil protezləri ilə təmin olundular və yenidən aktiv həyata davam edirlər. Möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən mü­haribəsindən sonra dövlət başçı­sının tapşırığı ilə icra olunan mü­hüm sosial dəstək proqramı üzrə bu sahədə mühüm işlər aparılır və müharibədə yaralanaraq əza­larını itirmiş 435 hərbçimiz 454 ədəd yüksək texnologiyalı son nəsil müasir protezlə təmin edi­lib.

Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti­nin əsas istiqamətlərindən biri də əlilliyi olan şəxslərin reabi­litasiyası və cəmiyyətə fəal in­teqrasiyasının dəstəklənməsidir. Bunun nümunələri olaraq, onun təşəbbüsü və dəstəyi ilə əlilliyi olan uşaqlar üçün Bakının Yeni Günəşli yaşayış massivində yeni uşaq reabilitasiya müəssisə­si, həmin uşaqlar üçün sosial xidmət müəssisələrində müa­sir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti, Naxçıvan, Gəncə və Yevlaxda məhdud fizi­ki imkanlı insanlar üçün regional informasiya mərkəzləri yaradılıb.

2021-ci ilin oktyabr ayında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qız­ları Leyla Əliyevanın iştirakı ilə açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi isə Azər­baycanda əlilliyi olan şəxslərin və digər həssas qrupların cə­miyyətə inteqrasiya imkanlarının artırılması sahəsində aparılan fəal dövlət siyasətinin növbəti əyani təcəssümüdür. Birinci vit­se-prezident Mehriban Əliyeva­nın təşəbbüsü ilə yaradılan hə­min Mərkəz Cənubi Qafqazda ilk dəfə olaraq kifayət qədər əhatəli, çoxşaxəli fəaliyyət istiqamətlərini özündə birləşdirən ən böyük ink­lüziv yaradıcılıq və inkişaf məka­nıdır.

Mərkəzdə həssas qruplara (əlilliyi olan şəxslər, şəhid ailələ­rinin üzvləri, valideyn himayəsin­dən məhrum olmuş şəxslər və s.) aid 200-dən çox benefisiar müxtəlif fəaliyyət istiqamətləri (rəqs, təsviri incəsənət, dulusçu­luq, musiqi, dərzilik, modelyerlik, xalçaçılıq, toxuma, tikmə, bədii oyma, floristika, bağçılıq və lan­dşaft dizaynı, audio-səsyazma, fotoqrafiya, kulinariya, səhnə ifaçılığı, kapoeyra, badminton və s.) üzrə təlimlərdə iştirak edir, bacarıqlarını təkmilləşdirir. On­ların yaradıcı potensialının in­kişafına dəstək göstərilməsi ilə yanaşı, Ümumdünya Səhiyyə Təşkilatının təsdiqlədiyi metod üzrə kompleks reabilitasiya xid­mətləri ilə də əhatə olunublar.

Eyni zamanda Heydər Əliyev Fondu həssas qrupların, tənha ahılların yaşadığı sosial xidmət müəssisələrində mütəmadi nə­cib, xeyirxah aksiyalar, tədbirlər keçirir, dövlət himayəsində ya­şayan insanları öz qayğısı ilə əhatə edir. Pandemiya dövründə də həmin sosial xidmət müəs­sisələrində sakinlərin COVID-19 infeksiyasından qorunması üçün fond tərəfindən ardıcıl dəstək işləri aparıldı. Həmçinin sosial cəhətdən həssas olan ailələr fond tərəfindən sovqatlarla, ər­zaq yardımları ilə təmin edildilər. Fondun “Regional İnkişaf” İcti­mai Birliyi özünün “Sosial bağ­lar” layihəsi ilə özünüməşğulluq proqramının genişlənməsinə öz dəstəyini göstərib və bu layihə çərçivəsində son illər yüzlərlə aztəminatlı ailə üçün intensiv meyvə bağları, tərəvəz və bos­tançılıq təsərrüfatları yaradılıb.

Beləliklə, Birinci vitse-prezi­dent, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müəllifi olduğu, yüksək huma­nizm və xeyirxahlıq nümunəsi olan layihələr, təşəbbüslər ölkə­mizdə sosial inkişafın təmin edil­məsinə, xüsusi qayğıya ehtiyac duyan şəxslərin qayğı ilə əhatə olunmasına xidmət edir və icti­maiyyət tərəfindən daim böyük rəğbət hissi ilə qarşılanaraq yük­sək dəyərləndirilir.



Sosial həyat