“Hər gəlişimdə inkişaf edən gözəl şəhər görürəm”

post-img

Bakıda dünya çempionatının növbəti qızıl medalını Macarıstan atıcısı alıb

Bakıda atıcılıq üzrə 3-cü dünya çemionatında dünən maraqlı növlərdən olan 300 metr məsafədə tüfəngdən atəş açma üzrə kişilər arasında ən güclülər müəyyənləşib.

Macarıstan təmsilçisi İstvan Peni bu növdə ən dəqiq nişançı olduğunu sübut edib. O, ikinci yerin sahibi norveçli Andre Kim Landla eyni miqdarda - 587 xal toplasa da, əlavə göstəricilərə görə həmkarını üstələyib. ABŞ atıcısı Timoti Şerri isə 3-cü yeri tutub. Komanda yarışında Avstriya yığması qızıl medal qazanıb. İsveçrə gümüş, Norveç isə bürünc medala yiyələnib. Mükafatlandırma mərasimindən sonra media nümayəndələri ilə təəssüratlarını bölüşən İstvan Peni 300 metr məsafəyə tüfəngdən atəş açma yarışlarının həmişə çətin keçdiyini bildirib: “Normal yarışlardan fərqli olaraq, bizim tüfəngimizin çəkisi ağır olur. Digər növlərlə müqayisədə biraz çətinlik yaradır. Amma hədəfin ölçüsü biraz böyük olur.

Macarıstanlı atıcı olimpiya növü olmamasına rəğmən bu kateqoriyanı seçməsinin səbəbini açıqlayıb: “10, 25 və 50 metr məsafəyə atəş açma növlərində də iştirak etmişəm. mumiyyətlə, atıcılıq mənim həyatımdır. Silahı tutmaq, onunla davranmaq, barıtın qoxusu... Bunların hamısı mənim üçün stimul və əyləncədir”. 

Digər yarış iştirakçıları kimi Macarıstan atıcısı da paytaxtımız və Bakı Atıcılıq Mərkəzi barədə ağızdolusu danışıb: “2018-ci ildə dünya çempionatında gümüş, ötən il Misirdə keçirilən mundialda isə bürünc medal qazanmışdım. Nəhayət, Bakıda qızıl medal mənim oldu. ox sevinirəm ki, maraqlı, lakin gərgin mübarizə şəraitində keçən yarışda qalib oldum. Artıq kolleksiyamda bir dəst medal var.

Bakıya ilk dəfə 2015-ci ildə gəlmişəm. Burada hava tez-tez küləkli olur. Bu da təbii prosesdir. ünki Bakı küləklər şəhəridir. Amma paytaxt və atıcılıq mərkəzi çox gözəldir. Hər gəlişimdə inkişaf edən gözəl şəhər görürəm. Bakı hər dəfə dəyişir. Azərbaycan Atıcılıq Federasiyasının fəaliyyətinə də toxunmaq lazımdır. Burada böyük işlər görülür. Yaradılan mərkəz sayəsində bu idman növünün inkişafı yönündə addımlar atılır. Belə yarışların yüksək səviyyədə təşkili bunu sübut edir”.

Qeyd edək ki, dünya çempionatında Azərbaycan təmsilçiləri də uğurla çıxış edirlər. 25 metr məsafəyə mərkəzə atəş tapançasından atış növündə atıcılarımız Nigar Nəsirova qızıl, Nərminə Səmədova gümüş medala sahib olub. 25 metr məsafəyə tapançadan standart atəş açma yarışında isə Azərbaycan komandası ikinci yeri tutub. 

Yarış sentyabrın 1-dək davam edəcək. 

Leyla QURBANOVA, “Xalq qəzeti”

 

 

İdman