“Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib

post-img

Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin təşkilatçılığı ilə Sumqayıt şəhəri Corat qəsəbəsinin Xəzər dənizi sahilində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib.

Təlimin keçirilməsində əsas məqsəd suda boğulma halları ilə bağlı xilasetmə əməliyyatlarının, habelə ilkin yardımın göstərilməsi üzrə praktiki vərdişlərin daha da təkmilləşdirilməsi olub.

Təlimdə FHN-in Sumqayıt Regional Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak ediblər.

Təlimdə şərti olaraq baş vermiş sudaboğulma hadisəsi zamanı “zərərçəkmiş” xilasedicilər tərəfindən “xilas edərək” ilkin yardım göstərilib, aidiyyəti üzrə təhvil verilib.

Uğurla icra olunan təlimdən sonra xilasedicilərin xilasetmə zamanı fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.







Sosial həyat