Qara qarağat – qada-bəlanı at

post-img

Qara qarağat insan sağlamlığı üçün ən faydalı giləmey­vələrdən hesab olunur. Buna görə xalq təbabətində bu mey­vədən bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Gün ərzində 15–20 ədəd yeməklə orqanizmin gündəlik C vitami­ninə olan tələbatını ödəmək olar. Çünki qarağat tərkibində olan C vitamininin zənginliyi ilə digər meyvələr arasında li­derlik edir. 

Bununla yanaşı qara­ğat A, D, E, K, B qrup vi­taminlərlə, sellüloz, pektin, üzvi turşular, kalium, kalsi­um, maqnezium, natrium, fosfor, dəmir, yod, kobalt, manqan, mis, molibden, ftor və sinklə zəngindir. Bu zəngin tərkibin faydaları da çoxdur. 

1. Qarağatdan istifadə edənlərdə ürək-damar xəstəliklərinin yaranması ehtimalı azalır, arterial təzyiq normaya düşür, qanın tərkibi yaxşılaşır. 

2. Qaraciyər və böyrək xəstəliklərinin sağalmasını sürətlən­dirir. Şəkərli diabetin inkişaf riski azalır. Ahıl yaşlı insanlarda əqli zəifləmə yavaşıyır. 

3. Qara qarağat onkoloji xəstəliklərin profilaktikası üçün ef­fektli vasitədir. Təbii antioksidant kimi iltihabi prosesləri, mövsü­mi soyuqdəymələri aradan götürür. 

4. İmmuniteti gücləndirir, görmə qabiliyyətinə müsbət təsir edir. 

Digər faydalı qida məhsulları kimi qara qarağatdan da qədə­rincə istifadə olunmalıdır. Həddən çox qəbulu qan laxtalanması­na səbəb ola bilər. 

Qarağatın meyvəsindən, mürəbbəsindən, yarpaqlarından hazırlanmış dəmləmə və kompotdan vaxtaşırı istifadə etmək tövsiyə olunur. 

Z.HÜSEYNLİ, “Xalq qəzeti”

Sosial həyat