İnsanabənzər “beyin”li kompüter

post-img

Kaliforniya Universitetinin alimləri kvant materiallarında neyronları və sinapsları təqlid edərək beyinə bənzəyən kompüter hazırlayıblar. 

Ən son yaradılan bu texnologi­ya süni intellekt erasında inqilab edə biləcək ən səmərəli proqramla təmin edilib. Tədqiqatçılar araşdırmaya baş­layarkən meqa quantum kompüterlə­rində hədsiz enerji israfının qarşısını almağa yönəlmiş ardıcıl təcrübələr hə­yata keçiriblər. Nəticədə, “quantum”a yararlı proqram hazırlaya biliblər. Süni intellekt üzrə texniki mühəndislər bu iş üçün insan beynindən də nümunə kimi istifadə ediblər. 

Kaliforniya Universitetinin professo­ru Robert Dynes bildirib: “Əslində, bu yenilik heç də insanın beyin funksiyala­rını olduğu kimi əvəz eləmir. Üzərində işlədiyimiz üsul daha çox hibrid halda insan və robot xüsusiyyətlərini özündə cəmləşdirən mexanizmdir”. 

F. SALMANOVA, “Xalq qəzeti”

Dünya