Bəzi yerlərdə yağış yağacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrome­teorologiya Xidmətinin məlumatına əsasən, avqustun 18-də Bakıda və Abşeron yarımadasında dəyişkən bu­ludlu olacaq. Əsasən yağmursuz keçəcək. Lakin axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağa­cağı ehtimalı var. Şimal küləyi əsəcək. Gecə 21-25°, gündüz 32-37° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu , nisbi rütubət gecə 70-80 , gündüz 30-40 faiz olacaq. dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nar­daran, Bilgəh, Zaqulba) 25-26°,Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq. Azər­baycanın rayonlarında əsasən yağmursuz keçəcək. La­kin gündüz bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehti­malı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 34-39°, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacaq. 

Q. QASIMOV, “Xalq qəzeti”

Ekologiya