Türkiyə Liviyada hərbi baza yaradıbmı?

post-img

Türkiyə Liviyanın Homs limanını 99 il müddətinə icarəyə götürüb və burada hərbi bazasını yerləşdirəcək. Bu barədə “TRT Haber” telekanalı məlumat yayıb. Bildirilib ki, bölgədə yaradılacaq hərbi bazada Türkiyənin milli pilotsuz uçuş aparatları (PUA) və hava hücumundan müdafiə sistemləri yerləşdiriləcək. 

Türkiyə Dəniz və Qlobal Strate­giyalar Mərkəzi qeyd edib ki, icarəyə götürülmüş limanda hərbi bazanın ya­radılması Türkiyənin dəniz ərazilərinin profilaktik mühafizəsini, eləcə də ticarət gəmilərinin təhlükəsizliyini təmin edə­cək. Materialda həmçinin bildirilir ki, Türkiyə ilə Liviya arasında hərbi əmək­daşlığın yeni səviyyəyə yüksəlməsi çərçivəsində Vatiyə hərbi aviabazası­nın Türkiyənin istifadəsinə verilməsi də gündəmdədir. 

Liviya Milli Birlik Hökumətinin rəs­mi nümayəndəsi Məhəmməd Hamuda məlumatı təkzib edib. Onun sözlərinə görə, Liviyanın Homs limanının Türkiyə Müdafiə Nazirliyinə icarəyə verilməsi ilə bağlı yayılan xəbərlər reallığı əks etdir­mir: “Bu doğru xəbər deyil”. 

Qeyd edək ki, 2019-cu ilin noyab­rında Liviya Milli Birlik Hökuməti və Tür­kiyə iki ölkə arasında dəniz zonalarının delimitasiyasına dair anlaşma memo­randumu imzalayıblar. Ötən il oktyabrın 3-də Liviya Milli Birlik Hökuməti Türkiyə ilə neft-qaz sektorunda 2 yeni anlaşma memorandumu bağlayıb. Bu sənədlər­dən biri müştərək geoloji kəşfiyyat işlə­rinin aparılmasını nəzərdə tutur. 

P.ƏFƏNDİ, “Xalq qəzeti”

Dünya