Yeni tibbi qolbaq

post-img

Çində “Xiaomi” şirkətinin “Band 8 Pro fitness” bilək cihazının rəsmi təqdimatı keçirilib.Yenilik, sələfi ilə müqayisədə son texnologiya ilə təchiz edilmiş geniş funksiyaları olan təkmil qolbağıdır. 

Yeni qolbaq 480x336 piksel təsviri, 1,74 düymlük AMOLED ekranı və 60 Hs yeniləmə sürəti ilə əvvəlkindən 0,1 düym və 30 Hs üstündür. 

“Xiaomi”nin bildirdiyinə görə, yenilik “Always-on Display” aktivləşdirilməklə 14 və ya 6 günə qədər bir yükləmə ilə işləyə bilir. 

Yeni fitnes qolbağı ürək döyüntü­sünün və qanın oksigenləşməsinin öl­çülməsi üçün qabaqcıl optik sensor, həmçinin NFC çipi və məşq xəritəsinin yaradılması üçün GPS qəbuledicisi ilə təchiz edilib. İdman həvəskarları üçün qolbağının 150-dən çox məşq rejimi və 5 ATM-də suya davamlılığı var. Cihazın qalınlığı 9,9 mm, çəkisi isə 22,5 qram­dır. Onun qiyməti 399 yuan, manatla 93 AZN-dir. 

Zülfiyyə QURBANƏLİQIZI, “Xalq qəzeti”

Dünya