Daşkəsən və Gədəbəydə məşğulluğa dəstək

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” barəsində məlumatlılığı artırmaq məqsədilə növbəti ictimai dinləmələr Daşkəsən və Gədəbəy rayonlarında təşkil olunub. 

İşaxtaran və işsiz, o cümlədən öz biznesini qurmaq istəyən şəxslə­rin iştirak etdiyi görüşlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, elə­cə də müraciət və iştirak qaydaları diqqətə çatdırılıb. Görüş iştirakçıla­rını maraqlandıran suallar cavablan­dırılıb. Həmçinin, layihə çərçivəsində öz biznesini qurmaq istəyən şəxslərə müvafiq tövsiyələr verilib.

Görüşün sonunda iştirakçılara la­yihə və təqdim edilən biznes zərflər barədə məlumatların əks olunduğu çap materialları paylanıb.

Qeyd edək ki, “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində 22 min işsiz şəxsin kiçik biznesə çıxışına im­kan yaradılması nəzərdə tutulub və onlardan artıq bir hissəsi layihənin dəstəyi ilə istehsal və xidmət sahələri üzrə avadanlıqlarla təmin edilərək öz kiçik bizneslərini yaradıb.

Zərifə HÜSEYNOVA, “Xalq qəzeti”

Sosial həyat