Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin yanvar–iyul aylarında 195 min nəfər məşğulluq tədbirləri ilə əhatə edilib. Onlardan 57 min nəfər “Əmək və Məşğulluq” altsistemindəki bankın boş yerləri üzrə işlə təmin olunublar.
Həmin dövrdə 9 min nəfər özünüməşğulluq proqramına cəlb olunub. Təlim kurslarında iştirak etdikdən sonra onlara kiçik bizneslərini yaratmaq üçün vəsait verilib. Son 7 ayda 7 min 200 işsiz üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində həm agentliyin peşə hazırlığı mərkəzlərində, həm də özəl tədris müəssisələrində peşə hazırlığı kursları təşkil edilib. 121,6 min nəfərə isə peşəyönümü xidmətlər göstərilib.
Zərifə HÜSEYNOVA, “Xalq qəzeti”

