“Azərişıq” ASC AÇIQ TENDER ELAN EDİR

post-img

“Azərişıq” ASC   “Ağdam rayonunun Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik verilişi xəttinin çəkilməsi” işlərinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.

Lot-1.“Azərişıq” ASC-nin “Ağdam rayonunun Xıdırlı, Sarıcalı və Kən­gərli kəndlərinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik verilişi xəttinin çəkilməsi” işlərinin satın alınması. 

İştirak haqqı 1500 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat- “Azərişıq” ASC

H\h- AZ83AIIB33020029441802068118

VÖEN- 9900069391

Benefisiar Bank- “Kapital Bank” ASC-nin Gənclik filialı

Kod- 200189

VÖEN:- 9900003611

M\h - AZ37NABZ01350100000000001944 

SWIFT Code: AIIBAZ2X

Əlaqələndirici şəxs- Namik Heybətov.

Əlaqə telefonu (şəhər). 012 440 39 93 (daxili 92-19) .

Elektron poçt: [email protected]

Ünvan- AZ1009, Bakı şəhəri, M.Əliyev küçəsi 130. 

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqavilə­ni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkan­larına malik olmalıdırlar. 

Tenderdə iştirak etmək istəyənlər lot üçün göstərilən məbləğdə işti­rak haqqını qeyd olunan hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Mirzağa Əliyev küçəsi 130 nömrəli ünvanda yerləşən “Azərişıq” ASC-nin inzibati binasından ala bilərlər.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Tenderdə iştirak etmək üçün yazılı müraciət.

2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.

3. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi və qeydiyyatdan keçdiyi ölkə.(sənədlərin təsdiqi tender elanı tarixindən sonra notarial qay­dada təsdiq olunması zəruridir.)

4. İddiaçının VÖEN-i, bank rekvizitləri, ünvanı, dövlət reyestrindən çıxarış. (sənədlərin təsdiqi tender elanı tarixindən sonra notarial qaydada təsdiq olunması zəruridir.)

5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış. (sənədlərin təsdiqi tender elanı tarixindən sonra notarial qaydada təsdiq olunması zəruridir.)

6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.

7. İddiaçının yüklülük haqqında vergi orqanları tərəfindən təsdiq olun­muş arayışı.

8. İddiaçının mikro, kiçik , orta və ya iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı sənəd.

9. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki).

10. İddiaçının son 3 (üç) illik və ya fəaliyyətə başladığı dövrdən iş təc­rübəsi, yerinə yetirdiyi böyük cari işlər və müqavilələr barədə məlumatlar, eləcə də analoji işlərdə təcrübəsi haqqında məlumat. 

11. İddiaçının satınalma müqaviləsinin icrasını təmin etmək üçün qeyd edilən sahədə peşəkarlığının, iş təcrübəsinin, texniki və maliyyə imkan­larının, elektrik mühəndislərinin əmək müqavilələrinin, işçi qüvvəsinin və idarəetmə səriştəsinin olması vacibdir. Bununla yanaşı “PODRATÇI” son üç ildə elektrik stansiyalarının, xüsusilə 35kV-luq elektrik verilişi xətlərinin tikintisi və yenidənqurulması üçün hər birinin ümumi məbləği 5 milyon ma­natdan az olmamaq şərtilə ən azı 3 oxşar layihənin icrasını başa çatdırmış olmalı və təsdiqedici sənədləri təqdim etməlidir.

12. Müvafiq lisenziya və icazələr. 

13. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində öz­lərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yan­lış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud on­ların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd.

14. Rəhbər şəxs və ya şəxslərin təyin olunması haqqında sənəd (əmr).

15. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).

16. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).

Sənədlər Azərbaycan dilində 2 (iki) nüsxədə (1 ədəd əsli və 1 ədəd surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tər­cümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Res­publikası Qanununa uyğun həyata keçiriləcəkdir (www.tender.gov.az).

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 20 sentyabr 2023-cü il saat 15.00-a , ixtisas uyğunluğu prosedurunu keçmiş iddiaçılar isə tender təklifi və bank təminatını möhürlənmiş ikiqat zərfdə 28 sentyabr 2023-cü il saat 15.00-a qədər Bakı şəhəri, Mirzağa Əliyev küçəsi 130 nömrəli ünvana təqdim et­məlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarı­lacaqdır.

İddiaçıların təklifləri 29 sentyabr 2023-cü il saat 15.00-da Bakı,Mirzağa Əliyev küçəsi 130 nömrəli ünvanda “Azərişıq” ASC-nin inzibati binasında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştitrak edə bilərlər.

“AZƏRİŞIQ” ASC-nin tender komissiyası

Reklam və elan