DOST Agentliyinin 5 yaşı

post-img

DOST Agentliyinin 5 illik fəaliyyətinə həsr olunmuş tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin fərmanı ilə 2018-ci ildə yaradılan DOST konsepsiyasının dövlət sosial xidmətlərini “bir pəncərə”dən təqdim edən unikal bir layihə olduğunu deyib. Bildirib ki, bu konsepsiya əmək, məşğulluq, əlillik, reabilitasiya, sosial müdafiə və sosial təminat sahələrinə dair 15 istiqamət üzrə 159 xidmətin müasir və çevik, tam şəffaf mexanizmlər əsasında vətəndaş məmnunluğuna uyğun təqdim olunmasını təmin edir.

O, DOST mərkəzlərində indiyədək 1 milyon 673 min nəfərə xidmət göstə­rildiyini, vətəndaşların xidmətlərdən məmnunluq dərəcəsinin 98,2 faiz təş­kil etdiyini vurğulayıb: “Qısa müddətdə vətəndaşların etimadını qazanan DOST mərkəzləri yaxın gələcəkdə açılacaq re­gional mərkəz və filiallarla bütün respub­likanı əhatə edəcək”.

Sonra agentliyin fəaliyyətini əks et­dirən videoçarx nümayiş etdirilib.

Agentliyin İdarə Heyətinin sədri Fə­rid Məmmədov geniş təqdimatla çıxış edərək tədbir iştirakçılarına 5 il ərzin­də görülən işlər barədə məlumat verib. Bildirib ki, dövlət başçısının fərmanı ilə yaradılan DOST Agentliyi vətəndaşlara “bir pəncərə”dən, modern və çevik, şəffaf mexanizmlər üzərində xidmətlər təqdim edir. O, 2019–2023-cü illər ərzində DOST Agentliyinin 142 – Çağrı Mərkəzinə 4 milyon 442 mindən çox müraciətin daxil olduğunu, 7 ay ərzində bu rəqəmin 1 milyon 40 minə çatdığını bildirib. F.Məm­mədov zənglərin çox hissəsinin Bakı və Abşeron yarımadasından daxil olduğunu, daxil olan zənglərin 98.4 faizinin cavab­landırıldığını da diqqətə çatdırıb.

Fərid Məmmədov bildirib ki, ölkəmi­zin uğurlu sosial islahat təcrübəsi olan DOST konsepsiyası beynəlxalq arenada da yüksək qiymətləndirilir. Ötən dövrdə DOST Agentliyi 13 beynəlxalq mükafat və sertifikatla təltif olunub. O cümlədən, agentlik Avropa Sosial Şəbəkəsinin Av­ropa Sosial Xidmətlər Mükafatına, Bey­nəlxalq Sosial Təminat Assosiasiyasının 3 mükafatına və Mükəmməllik Sertifikatı­na, Beynəlxalq Pensiya və Sosial Fond­lar Assosiasiyasının mükafatına layiq görülüb. Həmçinin dünyada məşhur olan LRQA sertifikatlaşdırma (Böyük Britani­ya) təşkilatı tərəfindən 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb.

DOST mərkəzləri şəbəkəsinin ge­nişləndirildiyini diqqətə çatdıran Fərid Məmmədov bildirib ki, Bərdədə Qarabağ Regional DOST Mərkəzinin açılışı ilə DOST mərkəzlərinin sayı 7 oldu. Hazırda Şuşa, Sumqayıt, Gəncə, Quba və digər regionlarda mərkəzlərin yekun layihələn­dirmə-tikinti işləri aparılır. 2025-ci ilin so­nunadək 17 DOST mərkəzinin və 55 ra­yon filialının istifadəyə verilməsi nəzərdə tutulub.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat