İctimai dinləmələrin əhatəsi genişlənir

post-img

Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” ilə əlaqədar Daşkəsən və Gədəbəy rayonlarında ictimai dinləmələr təşkil olunacaq. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsindən aldığımız məlumatda bildirilir.

Qeyd olunur ki, tədbirlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, la­yihənin icrası zamanı ətraf mühit və so­sial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı mə­lumat veriləcək və onları maraqlandıran suallar cavablandırılacaq.

İctimai dinləmələr Daşkəsən rayo­nunda Yuxarı Daşkəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzi­bati binasında, Gədəbəy rayonunda isə Qazax–Tovuz Regional Məşğulluq filialı­nın inzibati binasında keçiriləcək. 

Z.HÜSEYNOVA, “Xalq qəzeti”

Sosial həyat