Baxıcı–dayə xidməti layihəsi çərçivəsində məşğələlər

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər ki, qurumun tabeliyindəki Sosial Dəstək Mərkəzi tərəfindən “Baxıcı–dayə xidmətinin təşkili” layihəsi çərçivəsində praktik məşğələlərə başlanıb.

Ahıl və əlilliyi olan şəxslərə göstərilən səyyar xidmətin keyfiyyətinin artırılması məqsədilə layihəyə bu sahədə çalışan sosial xidmət işçiləri cəlb olunub. 

40 saatı əhatə edən praktik məşğələlər nazirliyin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Mərdəkan Müalicə Pansio­natında təşkil olunub. Layihənin sonunda nəzəri və praktik baza biliklərinə yiyələn­miş iştirakçılara sertifikatlar təqdim edilə­cək.

Z.HÜSEYNOVA, “Xalq qəzeti”

Sosial həyat