Laçında məşğulluq tədbirləri

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər ki, Böyük Qayıdış proqramı üzrə Laçın şəhərinə köçürülən sakinlərin məşğulluq imkanlarının müəyyənləşdirilərək müvafiq dəstək göstərilməsi işləri davam edir.

Dövlət Məşğulluq Agentliyinin nü­mayəndələri Laçına köçürülən ailələrdən 100-dək ailə ilə görüşüblər. Həmin ailələ­rin üzvlərinin məşğulluq imkanlarının müəyyənləşdirilməsi istiqamətində ilkin söhbətlər aparılıb. 

Aktiv məşğulluq proqramlarından– özünüməşğulluq, peşə hazırlığı kursları, işədüzəltmə tədbirləri və s. barədə onlara məlumatlar verilib. Hazırda bu proqram­lar çərçivəsində onların məşğulluğuna dəstək işlərinə başlanıb.

Ümumilikdə, agentliyin nümayən­dələri Laçına köçürülmüş 150-dək ailə ilə görüşərək məşğulluq imkanlarını qiymət­ləndirib. Aparılan söhbətlərin nəticəsinə uyğun məşğulluq tədbirlərinə başlanılıb. 

Z.HÜSEYNOVA, “Xalq qəzeti”

Sosial həyat