“Azpetrol” müasir və daha funksional nağdsız ödəniş sisteminin tətbiqinə başlayıb

post-img

Azərbaycanın ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti idarəetmə sisteminin təkmilləşdirilməsi, müasir innovasiyaların tətbiqi və nağdsız hesablaşmaların genişləndirilməsi sahəsində bir sıra yeniliklər tətbiq edib. Nağdsız hesablaşma dövriyyəsinin sürətlə artması, istismarda olan ödəniş cihazlarının, yanacaq kartlarının, müvafiq proqram təminatının (PT) yenilənməsi və mobil tətbiqin hazırlanmasını zəruri edib. Qeyd edək ki, “Azpetrol” şirkətində tətbiq olunan yeniliklərin başlıca məqsədi “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin icrası və nağd hesablaşmaların nağdsız hesablaşmalarla əvəzlənməsinə töhfə verməkdən ibarətdir. 

“Azpetrol” şirkətində nağdsız hesab­laşmalar sisteminin təkmilləşdirilməsi və mobil idarəetmə sisteminə keçid 2023-cü ilin əvvəlindən başlayıb. Cəmi bir neçə ay ərzində dövriyyədə olan 100 000-ə yaxın yanacaq kartı yenilənib və müştərilərə ödənişsiz təqdim edilib , istismarda olan POS-terminallar isə “Verifone X990” ci­hazları ilə əvəzlənib. Yeni, çoxfunksiyalı “Verifone X990” portativ POS-terminal, təhlükəsiz tranzaksiyaların həyata keçi­rilməsi və platformanın genişləndirilmə­si tələblərinə tam cavab verir. Bu cihaz, NFC (Near Field Communication) texno­logiyası ilə təmassız ödənişləri həyata keçirməyə imkan verir. 

Nağdsız hesablaşmaların həyata keçirilməsi üçün hazırlanan və istifadə olunan xüsusi proqram təminatı kartla əməliyyatların emalını sürətləndirir, şəx­si məlumatların qorunmasını təmin edir, əməliyyatların daha təhlükəsiz və etibar­lı olmasına zəmanət verir. Bununla da, YDM ərazisində həyata keçirilən ödəniş­lər daha operativ, keyfiyyətli və təhlükə­sizdir. 

Yeni proqram təminatı ilə əməliyyat­ların həyata keçirilməsi üçün nəzərdə tu­tulan istifadəçi təlimatları ilə tanış olmaq məqsədilə linkə keçid edin: https://www.azpetrol.com/useruploads/Karttelimat.pdf 

Daha bir yenilik isə, ilk dəfə olaraq “Azpetrol Online” mobil tətbiqinin (mobile application) istismara verilməsidir. Tətbiq həm “Android”, həm də “İOS” əməliy­yat sistemlərini dəstəkləyir. Bununla da, müştərilər mobil tətbiq vasitəsilə yanaca­ğın sərfiyyatı, istifadə olunan yanacağın növü və digər məlumatları dəyişdirmək və həmin dəyişiklikləri dərhal sistem­də görmək imkanı əldə edirlər. Mobil idarəetmə sisteminin istifadəsi istehlakçı­larla “Baş ofis” əməkdaşları arasında tə­masın minimuma endirilməsi və xidmət­lərin daha çevik təşkil olunmasını təmin edir. Yeni, daha müasir və rahat sistemin tətbiqi nəticəsində “Azpetrol”un müştəri bazası daha da genişləndirilib və artıq 11 mini ötüb. 

Yarandığı gündən, “Azpetrol” şirkəti­nin fəaliyyətinin başlıca məqsədi müştəri məmnuniyyətinin yüksək səviyyədə tə­min edilməsi, dünyada tətbiq olunan ye­niliklərin Azərbaycan istehlakçısına çatdı­rılması və ən son texnologiyaların tətbiqi və idarəetmə sisteminin daim müasirləş­dirilməsi ilə ölkənin yanacaq bazarında liderlik mövqeyini möhkəmləndirməkdən ibarətdir. Hazırda “Azpetrol” brendi altın­da Azərbaycanın müxtəlif bölgələrində 100 yanacaqdoldurma məntəqəsi fəaliy­yət göstərir və bütün məntəqələrdə müa­sir nağdsız hesablaşmalar sistemi tətbiq edilib. 

“Azpetrol “– Daim inkişafa doğru!

Son xəbərlər