Naxçıvan Muxtar Respublikasında əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində lazımi tədbirlər görülür, eyni zamanda, tibb müəssisələrinin müasir avadanlıqlarla təchiz olunması diqqətdə saxlanılır.
Bu işlərin davamı olaraq Naxçıvan Diaqnostika–Müalicə Mərkəzində, Əziz Əliyev adına Uşaq Xəstəxanası və Naxçıvan Muxtar Respublika Xəstəxanasında yeni tibbi avadanlıqlar istifadəyə verilib.
Yeni tibbi avadanlıqların istifadəyə verilməsi əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyətinin yaxşılaşdırılmasına öz müsbət təsirini göstərəcək.
Səbuhi HƏSƏNOV, “Xalq qəzeti”