Ulu öndərin obrazı bölgə yazarlarının yaradıcılığında

post-img

AMEA-nın Şəki Regional Elmi Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin birgə təşkilatçılığı ilə Ulu öndərin 100 illik yubileyinə həsr olunmuş “Bölgə yazarlarının yaradıcılığında Heydər Əliyev obrazı” mövzusunda ədəbi-mədəni tədbir keçirilib.

Mərkəzin elmi işlər üzrə di­rektor müavini Fərhad Əzizov, AYB-nin Şəki bölməsinin sədri Vaqif Aslan Ümummilli lide­rin bütün sahələrin inkişafında olduğu kimi, mədəniyyət və ədəbiyyat sahələrinin çiçəklən­məsində, o cümlədən Şəkidə mətbuatın, teatrın, ədəbiyyatın formalaşmasında və inkişafında müstəsna rolu olduğunu vurğu­layıblar. 

Şəki Regional Elmi Mərkə­zin Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin aparıcı elmi işçisi dosent Kamil Adışiri­nov, Balakəndə “Çeşmə” Ədəbi Birliyinin sədri Nəsihət Vahido­va, Şəki Regional Elmi Mərkəzi­nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tural Adışirinov, bölgə yazarları Solmaz Elqızı, Adilə Aslanova, Güldanə Ra­mazanova, Elvin Nuri, Rey­han Miqdadqızı və başqalıarı Heydər Əliyevin xalqa, dövlətə olan sonsuz sevgisindən bəhs ediblər.

“Xalq qəzeti”

Sosial həyat