Amerikalı seysmoloqlar Azərbaycanda səfərdədirlər

post-img

Amerikanın Missuri Universitetinin professoru Erik Sandvol və universitetin əməkdaşı Dastin Rey Azərbaycanda səfərdədirlər. 

Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) “Xalq qəzeti”nə buildiriblər ki, səfərin məqsədi “Qafqaz kəsilişi” layihəsi çərçivəsində birgə həyata keçiriləcək tədqiqat işləri ilə bağlıdır. Amerikalı seysmoloqlar səfər çərçivəsində “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin mühəndisi Rəsul Feyzullayevlə birlikdə çöl işlərində olublar. 

Həmçinin, amerikalı seysmoloqlar AMEA nəzdində RSXM-nin Monitorinq Mərkəzində “Zəlzələlərin tədqiqatı bürosu” və “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin əməkdaşları ilə aparılan tədqiqat işlərinə dair müzakirələr aparıblar. Amerikalı seysmoloqların səfəri iyulun 26-na qədər davam edəcək.

 

L.SABİRQIZI,

“Xalq qəzeti”



Sosial həyat