“Əbədi ömrün 100 ili”

post-img

Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi və Yazıçılar Birliyinin təşkilatçılığı ilə Şuşada Mehmandarovların Malikanə Kompleksində Vaqif Poeziyası Günləri çərçivəsində ulu öndər Heydər Əliyevə həsr olunmuş “Əbədi ömrün 100 ili” kitabının təqdimatı və “Molla Pənah Vaqifin əbədi yaradıcılığı türk irsi müstəvisində” mövzusunda elmi konfrans keçirilib.

Azərbaycan Yazıçılar Birliyinin katibi, kitabın redaktoru Elçin Hüseynbəyli nəşr haqqında məlumat verib.

Kitabda tarixi hadisəyə – 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqi­fin muzey-məqbərəsinin və Poeziya Evinin bu il 100 illiyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin iştirakı ilə təntənəli açılışına xüsusi yer ayrılıb. Məhz bu səfər əsnasında ümummilli lider Vaqif Poeziya Günlərinin keçirilməsi barədə tapşırıq ve­rib. 

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumu­zun Vətən müharibəsində tarixi Qələbəsi nəticəsində Şuşa şəhərinin erməni işğa­lından azad edilməsindən sonra 41 illik tarixi olan Vaqif Poeziya Günləri yenidən Vətəndə – Azərbaycanın mədəniyyət pay­taxtında keçirilir.

“Xalq qəzeti”

Sosial həyat