“Dövlətin memarı. Bir ömrün ensiklopediyası”

post-img

Şuşada Vaqif Poeziya Günləri çərçivəsində ümummilli liderin 100 illik yubileyinə həsr olunan “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” unikal triptixi, ensiklopedik xatirə xalça kompozisiyası-müəllif əsərinin təqdimatı olub. 

Heydər Əliyev Fondu, İqtisadiyyat Nazirliyi və “Azərxalça” ASC tərəfindən hə­yata keçirilən layihənin həmmüəllifləri Əməkdar incəsənət xadimi, “Azərxalça” ASC İdarə Heyətinin sədri Emin Məmmədov, Əməkdar rəssam Rəşad Ələkbərov, icraçı­ları isə “Azərxalça”nın yaradıcı komandasıdır. 

Üç hissədən ibarət əsərin hər birində Ümummilli liderin həyat fəlsəfəsi, önəm verdiyi dəyərlər ilk dəfə “xalça dili”ndə çatdırılır. İlk hissədə xalçanın kompozisiyası­na uyğun olaraq xalqın birliyini və əzəmətini əks etdirən rəmzlər yer alıb. 

Ulu öndərin Azərbaycana rəhbərliyi dövründə respublikamızda ixtisaslı milli hər­bçilərin yetişdirilməsi üçün Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb açılıb, ali və orta ixtisas məktəblərində müasir tələblərə uyğun mütəxəssis hazırlamaq üçün müvafiq fakültələr və şöbələr yaradılıb. Milli Ordu quruculuğunun təməlini qoymuş Heydər Əliyevin bu əməyi xalçanın ikinci hissəsində əksini tapıb.

Triptixin sonuncu və ən əsas hissəsi Heydər Əliyevin çağdaş, xətti (cizgili) port­reti əks olunmuş “Keçmiş və gələcək – düşüncələr ayrıcında” adlanır. Burada fi­ravan gələcəyi naminə fədakarlıqla çalışdığı, zəngin tarixi və mənəvi dəyərləri ilə daim fəxr etdiyi xalqının önündə həmişə cəsarətlə addımlayan Heydər Əliyev yük­sək bir zirvədən ölkənin bu gününü böyük fəxrlə, gələcəyini isə inamla seyr edir. 

“Xalq qəzeti”

Sosial həyat