Sosial Xidmətlər Agentliyi Əlillərin Peşə-Əmək Reabilitasiyası Mərkəzində hazırda 100 fiziki qüsuru olan gəncə peşə reabilitasiya və digər sosial xidmətlər göstərilir. Onlardan bir qismi müharibə əlilləridir.
Müasir tələblərə uyğun şəraitin yaradıldığı mərkəzdə 15–29 yaşlı əlilliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir. Burada kompüter istifadəçisi, montaj-operator, tikişçi, toxuculuq, xalçaçılıq, ağac üzərində oyma, kişi bərbəri, qadın bərbəri, aşbaz köməkçisi və rəssamlıq üzrə 3–6 aylıq kurslar təşkil olunur.
Mərkəzə qəbul olunan gənclər burada dövlət hesabına yataqxana, yemək, sosial-psixoloji və tibbi-sosial xidmətlərlə təmin olunur, peşə kursları ilə yanaşı, musiqi, dizayn dərnəklərinə, stolüstü oyunlar, paralimpiya idman məşqlərinə də cəlb edilirlər.
“Xalq qəzeti”