Gəncə Avtomobil Zavodunda traktor yığımı artıb

post-img

Son vaxtlar Gəncə avtomobil zavodu İB-də istehsalın həcmi artır. Bu,  traktorların yığım istehsalında özünü daha çox büruzə verir.

Müəssisənin mətbuat katibi Məqsəd Rəhimovun sözlərinə görə, bu ilin 6 ayı ərzində traktor istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə  60 faiz  artıb. Əgər ötən il bu müddət ərzində 230 traktor yığılmışdısa, bu il onun sayı 364-ə çatmışdır.  

 Bundan başqa, 2023-ci ilin 6 ayı ərzində Gəncə avtomobil zavodu İB-də müxtəlif təyinatlı 147 KAMAZ, 50 ədəd kombayn və digər nəqliyyat vasitələri, o cümlədən 18 ədəd sərnişin avtobusu yığılmışdır. 

Qeyd edək ki, müəssisədə indiyədək 13 minə  yaxın müxtəlif modeldə və modifikasiyada traktor, 2908 MAZ, 668 KAMAZ, 591 URAL, 6 ədəd MAZ avtobusu, 4 ədəd elektrobus, 879 traktor qoşqusu, 301 ədəd MAZ qoşqusu yığılıb.

     Hamlet QASIMOV, 

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Sosial həyat