Naxçıvanda 1816 nəzarət-­kassa aparatı quraşdırılıb

post-img

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, cari il iyunun 1-nə muxtar respublika ərazisində 1816 ədəd yeni nəsil NKA quraşdırılıb.

Bu ilin yanvar–may aylarında həmin NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 62,6 milyon manatdan artıq, təkcə may ayında isə ilin əvvəli ilə müqayisədə 3,5 dəfə çox olub.

“Xalq qəzeti”

Sosial həyat