Babək rayonunun Nəhəcir, Göynük və Nəcəfalı Dizə kəndlərini birləşdirən və sel nəticəsində uçan körpü yenidən qurulur.
Layihəyə uyğun olaraq körpü tamamilə sökülüb, ərazidə hamarlama və bərkitmə işləri aparılıb. Yeni körpünün salınması üçün beton təməl işlərinə başlanılıb.
Qeyd edək ki, mayın sonunda yağan güclü yağışlar nəticəsində Nəhəcir çayında daşqın olub. Nəticədə körpünün əsas dayaq hissələri aşıb və qəzalı vəziyyətə düşüb. Həmçinin ötən illərdə körpü və asfalt yol üzərində görülən təmir-bərpa işləri ərazinin relyefinə uyğun aparılmadığından yolun 30 metrdən artıq hissəsi də istifadəyə yararsız vəziyyətə düşüb.
“Xalq qəzeti”