Göyçayda “Aqroturizm və sosial sahibkarlıq” festivalı

post-img

Göyçayda “GöyçayFest” adlı “Aqroturizm və Sosial sahibkarlıq” festivalı keçirilib. 

Təqdimatı Dövlət Məş­ğulluq Agentliyi və Gənc­lər Fondununun dəstəyi ilə “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi “Region gənclərinin məşğulluğu üçün aqroturizmin təşviqi” layihəsi çərçivəsində gerçəkləşdirib.

Festivalda Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev və yerli təş­kilatların rəhbərləri, Dövlət Məşğulluq Agentliyi idarə heyətinin sədrinin müavini Cəmaləddin Quliyev, BMT-nin Ərzaq və Kənd Təsərrü­fatı Təşkilatı rəhbərinin müa­vini Bariz Mehdiyev, Kənd Təsərrüfatı Nazirliyinin, Avro­pa İttifaqının Azərbaycan Nü­mayəndəliyinin əməkdaşları, “Education Hub”ın proqram meneceri Gülnarə İsmayılo­va, “Göyçay İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Əziza­ğa Atakişiyev və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Kənd Təsərrüfatı Nazir­liyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Göyçay Dayaq Məntəqəsin­də təşkil olunmuş festivalda kənd təsərrüfatı, ictimai iaşə və aqroturizm istiqamətində maraqlı subyektlərin sər­giləri təşkil edilib, aqrotu­rizm istiqamətində fəaliyyət göstərən sahibkarların məh­sulları nümayişə çıxarılıb.

Festivalın keçirilməsində məqsəd rayonda aqroturiz­min və sosial sahibkarlığın inkişafına dəstək olmaq, yer­li sahibkarların aqroturizmə marağını artırmaq, əhalinin məşğulluq imkanlarını ge­nişləndirmək, gənclər üçün əlavə gəlir gətirən turizm növ­lərini inkişaf etdirməkdir.

 

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Sosial həyat