Krımda “Qobustan” həqiqətləri

post-img

İyirmi beş il əvvəl soydaşı­mız Həbib Əliyev Krım vilayətinin Sevastopol şəhərində öz təşəb­büsü ilə Azərbaycan dili kursları təşkil edərək burada ana dilimizi öyrətməyə başlamış, üstəlik mil­li-mənəvi dəyərlərimizi təbliğ et­mişdir. Qarabağ hadisələri barədə əsl həqiqətləri krımlılara çatdıran Həbib müəllim yerli radioda fəaliy­yət göstərən “Hayastan” proqra­mında xalqımıza qarşı böhtanları cavablandırmaq üçün Sevastopol radiosnun baş redaktoru Natalya Pavlovnanın qəbuluna gedir, er­mənilərin verilişinə ciddi etirazını bildirir.

Bu günlərdə redaksiyamızın qonağı olan Həbib Əliyev həmin söhbəti xatır­layaraq dedi:

– Mənim kəskin etirazımdan, de­yilənlərin hamısının yalan, böhtan ol­duğunu bildirəndən sonra redaksiyada araşdırma aparıldı. Faktlar doğru olma­dığına görə “Hayastan” proqramının rəhbərinə töhmət verildi. Mən elə hə­min gün Azərbaycan proqramı açmaq qərarına gəldim və bu barədə fikrimi Sevastopol radiosunun baş redaktoru­na bildirdim. O, radioda yarım saatlıq Azərbaycan proqramı yaradılmasına razılıq verdi. Proqramı “Qobustan” ad­landırdıq. 

Mən ilk verilişimdən başlaya­raq, Azərbaycanın qədim tarixə ma­lik olması, mədəniyyəti, incəsənəti, adət-ənənələri, musiqisi barədə məlu­matlar verdim. Sonrakı verilişlərimdə ulu öndər Heydər Əliyevin Sevastopol­da keçirdiyi görüşlər, dahi şairlərimiz Nizami Gəncəvi, Səməd Vurğun və di­gərlərinin məhəbbət lirikasından söhbət açdım. Bununla yanaşı, Ukrayna–Azər­baycan əlaqələri barədə geniş məlumat verdim. Azərbaycan haqqında ətraflı məlumatlar yerli sakinlərdə respublika­mıza böyük maraq oyatmışdı. Hətta yerli ziyalılar da bizim verilişimizdə çıxış etmək istəyirdilər. Bu, ermənilərdə cid­di narahatlıq yaradırdı. Onlar bir neçə aydan sonra “Qobustan” proqramının bağlanmasına nail oldular.

Həbib müəllim deyir ki, o, proqramın bağlanmasına dözə bilməyib və Sevas­topol radiosunun direktoru İvan Vasil­yeviçin qəbuluna gedib, vəziyyəti ona danışıb. Sən demə, “Qobustan” proq­ramını şəhər merinin müavini bağlatdı­rıbmış. Sonradan məlum olub ki, həmin müavinin əri erməni imiş və “Qobustan” proqramını da ermənilərin tapşırığı ilə o bağlatdırıbmış. Həbib Əliyevin qətiyyəti ilə radioda “Qobustan” proqramı yeni­dən fəaliyyətə başlayıb və şəhər me­rinin müavini isə tutduğu vəzifəsindən azad edilib.

H.Əliyev daha sonra bildirdi:

– Mən Sevastopolun rəsmi qəzeti olan “Slava Sevastopolu”n əməkdaşı, müharibə veteranı Aleksandr Vasilye­viçlə tanış oldum. Onun ilk sualı bu oldu: “Heydər Əliyev necədir? Necə yaşayır? O, görkəmli dövlət xadimi idi. Ukrayna­lılar onu çox sevir, özlərinin ən yaxın dostu hesab edirdilər. Heydər Əliyev Moskvada işləyəndə həmişə Krımın problemlərini qaldırırdı. 1974-cü ildə Heydər Əliyevlə Krımda – Sapun dağın­da görüşmüşdüm. Həmin vaxt o dağın ətəyində Cəmşid Naxçıvanski adına 77-ci diviziyanın abidəsinin açılışından geniş foto-reportaj hazırlayaraq müxtəlif qəzetlərdə çap etdirmişdim. 

Xatırladım ki, bu abidənin ucaldıll­masının təşəbbüskarı məhz ulu öndər Heydər Əliyev olmuşdu. Abidəni o za­man Xalq rəssamı Ömər Eldarov Bakı­da hazırlayıb Sevastopola aparmışdı. Həmin abidənin açılışında ulu öndər nitq söyləmişdi. Aleksandr Vasilyeviç Heydər Əliyevin nitqindən bəzi məqam­ları olduğu kimi təqdim etdi: “Azərbay­can xalqı humanist xalqdır. Bu xalq çalışır ki, bütün xalqlarla dostluq etsin. Azərbaycanlılar kəsdiyi duz-çörəyi heç vaxt unutmur”.

Həbib Əliyev 2010-cu ildə həmin abidənin Arakelyan adlı bir erməni tərə­findən dağıdıldığını dedi: 

– Bu işin üstünü “Qobustan” Azər­baycan proqramı açdı. Biz bu barədə veriliş hazırladıq. Efirdə səsləndirdik və Ukrayna Daxili İşlər Nazirliyinə mə­lumat verdik. Bir müddət sonra Arakel­yan həbs edildi və məhkəmədə erməni xislətini – qorxaqlığını, yalvarışını və “məzlumluğunu” nümayiş etdirdi. Məh­kəmədə ağlaya-ağlaya dedi ki, guya, bu abidənin azərbaycanlılara aid olduğunu bilməyib. Prokuror isə ona çox kəskin şəkildə dedi ki, sən burada nənənin nağıllarını danışma. Gündüz kəşfiyyat aparıb, gecə bu vandal hərəkətini hə­yata keçirmisən. Arakelyana bu vəhşili­yinə görə 5 il həbs cəzası verildi. Prezi­dent İlham Əliyevin tapşırığı ilə həmin abidə bərpa olundu”. 

Həbib müəllim 25 il ərzində “Qo­bustan” proqramında Azərbaycanın adət-ənənələri, milli mənəvi dəyərləri, mədəniyyəti, incəsənəti, görkəmli elm xadimləri barədə hazırladığı verilişlər barəsində geniş məlumat verdi. Dedi ki, yerli əhali proqramımızda səsləndirdiyi­miz muğamlarımızı həvəslə dinləyirlər. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan muğamına göstərdiyi yüksək qayğı barəsində ha­zırlanan verilişlər dinləyicilərin böyük marağına səbəb olub: “Sevastopol er­mənilərin çoxluq təşkil etdiyi şəhər­lərdən biridir. Buna baxmayarq, onlar “Qobustan” Azərbaycan proqramını susdura bilmədilər. Bu proqram rən­garəng verilişləri ilə Azərbaycanı Krım­da geniş təbliğ etdi, hamıya tanıtdı”.

Ə.BƏDƏLOV, “Xalq qəzeti”

Sosial həyat