Banklar həssas qruplara dəstək olacaq

post-img

Ölkədə Prezident İlham Əliyevin həssas qrupların özünüməşğulluğuna banklar tərəfindən kömək göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstək məqsədilə növbəti layihəyə – “Özünüməşğulluğa dəstək–2023” layihəsinə başlanır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Bank­lar Assosiasiyası arasında əməkdaşlıq çərçivəsində özünüməşğulluq proqramına dəstək məqsədilə həyata keçirilən bu la­yihəyə 23 bank qoşulub.

Dövlət Məşğulluq Agentliyinin icra etdiyi özünüməşğulluq proqramına cəlb olunmuş şəxslərdən 300 nəfərə həmin banklar tərəfindən bu il biznes planlarına uyğun aktivlər verilərək onlar üçün kiçik bizneslər yaradılacaq.

Onlardan əksər hissəsi şəhid ailəsi üzv­ləri, müharibə iştirakçıları və əlilliyi olan şəxslər, digər həssas qruplardan olanlardır.

Xatırladaq ki, özünüməşğulluq proqra­mının genişləndirilməsində mühüm dəstək olaraq kommersiya banklarının “Özü­nüməşğulluğa dəstək” layihəsi üzrə 2020–2021-ci illərdə həssas qruplardan ibarət 1489 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslər yaradılıb.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat