Amerikalı maliyyəçi Corc Soros “bəşəriyyətə nifrət edir”, onun fondu heç də xoş niyyətlə yaradılmayıb. Bunu “Twitter” kompaniyasının rəhbəri İlon Mask bildirib. Onun fikrincə, Soros fondları şəbəkəsi heç də xoş mərama xidmət etmir.
"O, sivilizasiyanın hüceyrələrini məhv etmək istəyir. Soros bəşəriyyətə nifrət edir", – İlon Mask sosial şəbəkədəki müzakirələrin birində belə yazıb.
Corc Soros müxtəlif ölkələrdə “rəngli inqilablar” həyata keçirməkdə ittiham olunur. Həmçinin bəzi iddialara görə, Avropa Parlamentinin onlarla deputatı Soros fondunun strukturları tərəfindən idarə edilir.
“Xalq qəzeti”