Samuxda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramını minlərlə sakin izləyib.
Heydər Əliyev adına istirahət parkında keçirilən bu musiqili tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, hüquq- mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və minlərlə rayon sakini izləyib.
Tədbirdə əvvəlcə Ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra tanınmış müğənnilərin ulu öndərə, Vətənə və Azərbaycana həsr olunmuş mahnıları iştirakçılarda xoş ovqat oyadıb.
Konsert möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri,
Samux rayonu