Maliyyə Nazirliyində təntənəli mərasim

post-img

Dünən Maliyyə Nazirliyində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Nazir Samir Şərifov müasir Azərbay­can dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin xalqına, dövlə­tinə həsr etdiyi ömür yolundan, Vətən və xalq qarşısında tarixi xidmətlərindən bəhs edib, ümummilli lider Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqil­lik illərində Azərbaycana rəhbərlik etdiyi il­lərin ölkəmizin tarixinə yüksəliş və inkişaf dövrü kimi yazıldığını deyib.

Bildirilib ki, bu gün Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən Prezi­dent İlham Əliyevin qətiyyətli liderliyi ilə Azərbaycan Respublikası siyasi sabitlik, iqtisadi güc, sosial rifah, tarix yazan güc­lü ordu, nüfuzlu və etibarlı tərəfdaş ölkə statusunda öz qüdrətli dövrünü yaşayır və bu, bir daha Heydər Əliyevin dövlətçilik məfkurəsinin bugünkü və gələcək inkişa­fımızın birbaşa təminatçısı olduğunu təs­diqləyir.

Sonda Ümummilli Lider Heydər Əli­yevin 100 illik yubileyinə həsr olunmuş “Əbədiyyətin ilk əsri. Heydər Əliyev 100” filmi nümayiş etdirilib.

Sosial həyat