Ulu öndərə həsr olunmuş kitabın təqdimatı

post-img

Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Xalq yazıçısı Elmira Axundovanın Heydər Əliyevin təhlükəsizlik orqanlarındakı fəaliyyətindən bəhs edən “Dövlətin keşiyində” adlı kitabın təqdimat mərasimi keçirilmişdir. Tədbirdə DTX-nin əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları və onların ailə üzvləri iştirak etmişlər.

Tədbirdə çıxış edənlər Elmira Axundovanın yaradıcılığından ət­raflı söhbət açmış, uzun illər ərzin­də ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin tədqiqatçısı kimi dahi rəhbər barədə çoxlu sayda kitab ərsəyə gətirdiyini, bu sahədə təqdirəlayiq işlər gördüyünü vurğu­lamışlar.

Sonra təhlükəsizlik orqanlarının fəaliyyətinin təbliğində göstərdiyi xidmətlərə görə Dövlət Təhlükəsizli­yi Xidmətinin rəisinin adından Elmira Axundovaya mükafat təqdim edil­mişdir. Elmira Axundova göstərilən diqqətə görə təşəkkürünü bildirmiş, ulu öndərlə bağlı xoş xatirələrini bö­lüşərək, sözügedən nəşrin işıq üzü görməsinin dahi şəxsiyyətin dövlət­çilik yolunda göstərdiyi misilsiz xid­mətlərin təbliği işinə daha bir töhfə olacağına, bu kitabın Heydər Əliyev haqqında müəllifi olduğu digər kitab­lar kimi geniş oxucu auditoriyası qa­zanacağına əminliyini ifadə etmişdir.

Sonda kitab müəllif tərəfindən imzalanaraq tədbir iştirakçılarına təqdim olunmuşdur.

 

“Xalq qəzeti”

Sosial həyat