“Onun ünsiyyət qurmaq qabiliyyətinə heyran qalmışdım”

post-img

Bu sözləri Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, beynəlxalq ekspert Metyu Brayza deyib.

ABŞ-ın ölkəmizdəki keçmiş səfi­ri Metyu Brayza “Report” informasiya agentliyinə müsahibəsində ümummilli lider Heydər Əliyevin bacarıqlı rəhbər, siyasi lider kimi üstün cəhətlərindən danışıb, eləcə də onunla bağlı yadın­da qalan maraqlı epizodları xatırlayıb. Amerikalı diplomat SSRİ-nin dağılma­sından sonra Azərbaycanın neft-qaz biznesinin heç vaxt özünə gəlməyə­cəyi ehtimalının olduğunu yada salıb: “Heydər Əliyevin uzaqgörənliyi Azər­baycana enerji sektorunu dirçəltməyə və son nəticədə öz enerji resurslarını kəmərlər vasitəsilə ixrac etməyə im­kan verdi. Onun uzaqgörənliyi həm də geosiyasi cəhətdən balanslaşdırılmış şəkildə xarici investisiyaların cəlb edil­məsində görünürdü. Bu, Böyük Britani­ya, Türkiyə və Yaponiya şirkətlərindən, eləcə də Rusiya və hətta İrandan in­vestisiyalar cəlb etmək demək idi”. 

Heydər Əliyevlə ilk görüşünün qey­ri-rəsmi şəraitdə, Prezidentin Bakıdakı iqamətgahında baş tutduğunu deyən M.Brayza onun sadə ünsiyyət qurmaq qabiliyyətinə heyran qaldığını deyir: “Onun gözlərində qonaqpərvərlikdən həzz aldığını göstərən xüsusi isti enerji hiss edirdim. O, sanki çay və kofe iç­mək üçün bizi binanın aşağı mərtəbə­sinə aparmağa tələsirdi”.

M.Brayza Heydər Əliyevlə bağlı ən parlaq xatirəsini 2001-ci ilin yanvarında ABŞ-da keçirilən mübahisəli prezident seçkilərindən sonra Bakıdakı görüşdə yada salır: “O vaxt bizdə keçmiş vit­se-prezident Albert Qor səslərin çoxu­nu qazansa da, rəqibi Corc Buş qalib elan edildi və ABŞ Prezidenti seçildi. Heydər Əliyevlə söhbətə başlamazdan öncə dedi ki, Xəzər dənizinin problem­lərindən danışmaq üçün buradayıq. Amma bilirəm ki, siz həmişə olduğu kimi, məndən yenə də Azərbaycanda demokratiya barədə soruşacaqsınız. Ona görə icazə verin, mən də sizdən ölkənizdəki demokratiya haqqında so­ruşum dedi və əlavə etdi: “Düz başa düşmüşəm, hə? Sizdə seçkilər keçi­rildi, amma səslərin çoxunu toplayan şəxs prezident elan edilmədi, yeni prezidentiniz əvvəllər prezident olmuş, eləcə də xüsusi xidmət orqanının rəh­bəri işləmiş şəxsin oğludur. Bu, doğru­dur? Seçkiləri udan şəxsin qardaşının başçılıq etdiyi ştatda isə seçki məh­kəmə ilə başa çatıb? Hmm! İndi mənə Azərbaycandakı demokratiyadan danı­şa bilərsiniz”. 

Bu, Heydər Əliyevin mahiyyətini əks etdirən çox dərin bir müşahidə idi. O, dərin analitik düşüncəli, yüksək in­tellektli, ətrafındakıların reaksiyalarına diqqətlə yanaşan və hər zaman mey­dan oxumağa hazır bir insan idi”. Mü­sahibənin sonunda M.Brayza qeyd edir ki, Heydər Əliyev ölkənin enerji sekto­runu dirçəltmək üçün kifayət qədər vəsaitin olmadığını bilirdi, ona görə də müxtəlif ölkələri təmsil edən şirkətlərin cəlb olunduğu “Əsrin müqaviləsi”ni təş­kil etdi. 

Bəli, az sonra tarix umummilli liderin təməlini atdığı bütün layihələrdə olduğu kimi, bu məsələdə də yanılma­dığını sübuta yetirdi. 

 

“Xalq qəzeti”

Sosial həyat