Gəncədə 200 sərv ağacı əkildi...

post-img

Şəhər icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq, Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) ulu öndər Heydər Əliyevin və görkəmli alim-oftolmoloq, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyləri münasibətilə ağacəkmə aksiyası keçirib.

Azərbaycan Bayrağı küçəsində təşkil edilən aksiyada Gəncə Şəhər İcra Ha­kimiyyətinin başçısı Niyazi Bayramov, aparatın məsul işçiləri, mənzil- kommu­nal təsərrüfatı istehsalat birliyinin əmək­daşları iştirak ediblər. Burada yerli iqlim şəraitinə uyğunlaşdırılmış 200 sərv ağacı əkilib, onlara xüsusi aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib. Qeyd edək ki, əkilən ağac tingləri MKTİB-nin yaşıllaşdırma şöbəsinin gülçülük sahə­sində yetişdirilib.

Eyni zamanda, həmin əraziyə gülçü­lük sahəsində becərilən mövsümü gül kolları də əkilib.

 

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Sosial həyat